12px13px15px17px
Tarix:13/09/18

Azərbaycan startapı qlobal innovasiya mükafatının qalibi oldu

Beynəlxalq  "ITU Telecom World" sərgi-konfransı azərbaycanlı startapçılar üçün yüksək nəticələrlə yadda qalıb.
 
Sərgidə ölkəmizə məxsus pavilyonda öz yeniliklərini təqdim edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan  "CustomAR"  şirkəti və Nazirliyin Yüksək Texnologiyalar Parkının rezidenti olan "İQREX" startap layihəsi müsbət nəticələr əldə edib.
 
Sərgi çərçivəsində dünya ölkələri arasında keçirilən Kiçik və Orta Sahibkarlığın Qlobal İnnovasiya (Global SME Award) mükafatının qalibi Cəlal Rəhimovun "İQREX" startap layihəsi  olub.
 
Yarışda Yaponiya, Cənubi Afrika, Koreya, Çin, Keniya, Nigeriya və Mozambik kimi ölkələrin innovativ layihələri yarışıb.
 
Yarışın məqsədi insanların həyatını yaxşılaşdıran yeniliklər təqdim edən sahibkarları təşviq etməkdir.
 
Qaliblər sosial və texniki ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib.
 
Müsabiqəyə təqdim edilən layihələr genişzolaqlı optik kabel, rəqəmli kənd təsərrüfatı, mobil təlim, təhsil, səhiyyə, virtual və artırılmış reallıq texnologiyaları, onlayn bilet satışı, onlayn ödəmə, qeyri-rəsmi əmanət platformaları, məşğulluq kimi  geniş spektrli  sahələri əhatə edib.
 
Qlobal yarışın qalibi olan "İQREX" layihəsi - QR kod vasitəsi ilə orijinal məhsulların qeyri-orijinallardan fərqini müəyyənləşdirir.









Baxış sayı: 405

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2018

21/09/18
Yeni texnologiya qonşu otaqdakı insanları təyin etməyə kömək edəcək

Kaliforniya Universitetinin professoru Yasamin Mostofinin rəhbərliyi altında çalışan mühəndislər komandası 

21/09/18
“Amazon” şirkəti səsli köməkçi sisteminə malik cihazlar təqdim edib

“Amazon” şirkəti “Alexa” səsli köməkçisi və "ağıllı ev" idarəetməsi ilə təchiz edilmiş bir neçə

21/09/18
“Xiaomi” şirkəti ucuz noutbuk təqdim edəcək

“Xiaomi” şirkəti “Xiaomi Notebook Youth Edition” adlı ən ucuz noutbukunu elan edib. Noutbukun qiyməti 

21/09/18
Süni intellektli “Xiaomi” zəngli saatı təqdim olunub

Çinin “Xiaomi” şirkəti süni intellektli köməkçi funksiyaya malik “Xiao AI Smart Alarm Clock

20 09 2018

20/09/18
Azərbaycanla Avstriya arasında nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradılacaq

Bu gün Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Avstriyanın

20/09/18
“Amazon” 2021-ci ilədək kassirsiz işləyən 3 min mağaza açmağı planlaşdırır

“Bloomberg” agentliyinin məlumatına görə, “Amazon” şirkəti 2021-ci ilədək kassasız, satıcısız və növbəsiz 

20/09/18
Dünya İqtisadi Forumu: “Robot texnikası 58 milyon yeni iş yeri yaradacaq”

Dünya İqtisadi Forumu hesabat dərc edərək 2025-ci ilədək robotların işlərin əksər hissəsini (29 faiz 

20/09/18
“Samsung Galaxy A7” rəsmən təqdim edilib

“Samsung”un orta qiymət seqmentinə aid yeni smartfonu bundan əvvəl şirkətin istehsalı olan qurğularda 

20/09/18
Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya 

20/09/18
“KSK” açarının dəyişdirilməsi planı təsdiq edilib

İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned 

20/09/18
“PlayStation” qurğusunun kiçildilmiş surəti buraxılacaq (VİDEO)

Yaponiyanın “Sony” şirkəti 1994-cü ildə “PlayStation” oyun qurğusunun birinci nəslini təqdim 

20/09/18
“Xiaomi” şirkəti “Mi 8 Lite” smartfonunu təqdim edib

Çinin “Xiaomi” şirkəti nazik çərçivəyə malik böyükölçülü displey və süni intelle

20/09/18
Rostov zooparkında robot-kassir işə başlayıb

Rostov Don Dövlət Texniki Universitetinin məzun və tələbələri tərəfindən hazırlanmış “WayBot” adlı