12px13px15px17px
Tarix:14/09/18

Dünyada kiberhücumların sayı 47 faiz artıb

2018-ci ilin ikinci rübündə dünyada kiberinsidentlərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 47 faiz artıb, məqsədli haker hücumlarının payı 54 faiz, kütləvi hücumların isə 46 faiz təşkil edib. Bu barədə informasiya təhlükəsizliyinin təmini texnologiyalarında ixtisaslaşan "Positive Technologies" şirkətinin məlumatında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, ekspertlərin sözlərinə görə, məxfi məlumatların oğurlanmasına yönələn kiberhücumların sayında artım müşahidə olunur. Cinayətkarlar ən çox fərdi (31 faiz) və hesab məlumatlarının (22 faiz), o cümlədən fərdi şəxslərin onlayn bank parollarının ələ keçirilməsinə maraq göstəriblər. Onlar əsasən müxtəlif onlayn platformaların – internet mağazaları, biletlərin satışı və hotellərin bron edilməsi servislərinin və s. ələ keçirilməsi vasitəsilə oğurlanıb.

Məlumata görə, ən geniş yayılmış hücum metodları zərərli proqram təminatından istifadə olaraq qalır. İnternet resurslarına hücumların payı isə 23 faizdən 32 faizədək yüksəlib. Bundan əlavə, "Əşyalar interneti" qurğularına hücumlarda artım müşahidə olunur ki, bunu da şirkət analitikləri "PyRoMineIoT", "Muhstik" və "Wicked Mirai" kimi yeni botnetlərin yaranması ilə izah edirlər.

İkinci rübün ikinci yarısında "Verge", "Monacoin", "Bitcoin Gold", "ZenCash", "Litecoin Cash" kimi kirptovalyuta şəbəkələrinə çoxlu hücumlar qeydə alınıb. Hücumlar nəticəsində cinayətkarlar ümumilikdə 100 milyon dollar məbləğində vəsait ələ keçirməyə müvəffəq olublar. Belə hücumların payı da 2017-ci ilin analoji dövrü ilə müqayisədə artıb.

Tədqiqatda, həmçinin qeyd olunur ki, dövlət təşkilatları kibercinayətkarların ən sevimli hədəfi olaraq qalır. Onları ilk növbədə kommersiya sirri, məsələn, əməkhaqqı cədvəlləri, əmək müqavilələri və digər məxfi sənədlər maraqlandırır.

Nizam Nuriyev





Baxış sayı: 132

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2018

20 09 2018

20/09/18
“Amazon” 2021-ci ilədək kassirsiz işləyən 3 min mağaza açmağı planlaşdırır

“Bloomberg” agentliyinin məlumatına görə, “Amazon” şirkəti 2021-ci ilədək kassasız, satıcısız və növbəsiz 

20/09/18
Dünya İqtisadi Forumu: “Robot texnikası 58 milyon yeni iş yeri yaradacaq”

Dünya İqtisadi Forumu hesabat dərc edərək 2025-ci ilədək robotların işlərin əksər hissəsini (29 faiz 

20/09/18
“Samsung Galaxy A7” rəsmən təqdim edilib

“Samsung”un orta qiymət seqmentinə aid yeni smartfonu bundan əvvəl şirkətin istehsalı olan qurğularda 

20/09/18
Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya 

20/09/18
“KSK” açarının dəyişdirilməsi planı təsdiq edilib

İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned 

20/09/18
“PlayStation” qurğusunun kiçildilmiş surəti buraxılacaq (VİDEO)

Yaponiyanın “Sony” şirkəti 1994-cü ildə “PlayStation” oyun qurğusunun birinci nəslini təqdim 

20/09/18
“Xiaomi” şirkəti “Mi 8 Lite” smartfonunu təqdim edib

Çinin “Xiaomi” şirkəti nazik çərçivəyə malik böyükölçülü displey və süni intelle

20/09/18
Rostov zooparkında robot-kassir işə başlayıb

Rostov Don Dövlət Texniki Universitetinin məzun və tələbələri tərəfindən hazırlanmış “WayBot” adlı