12px13px15px17px
Tarix:28/09/18

İlk plastmas avtomobil nümayiş edilib

Yaponiyada vacib detalları və komponent hissələrinin 90 faizi plastmasdan hazırlanan ilk avtomobil nümayiş olunub.  

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, innovasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına uyğun hazırlanan qeyri-adi avtomobil Tokio Universitetinin alimləri və avtomobil istehsalçıları arasında əməkdaşlıq nəticəsində ərsəyə gəlib.

Məlumata görə, müxtəlif növ plastmasların tətbiqi sayəsində avtomobilin çəkisi adi maşından 40 faiz azdır. Belə xüsusiyyət enerjiyə qənaət etməyə, eləcə də elektromobillərin inkişafı üçün yeni imkanlar açmağa şərait yaradır.

Bu yaxınlaradək maşınqayırmada plastmasdan istifadə onun möhkəm olmaması ilə əlaqədar qeyri-mümkün hesab edilib. Lakin alimlər müxtəlif növ uyğun materiallar tətbiq etməklə bu problemin həllinə nail olublar.

Nizam Nuriyev





Baxış sayı: 429

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024