12px13px15px17px
Tarix:03/10/18

İnsanabənzər robot tikinti işlərində kömək edəcək (VİDEO)

Yaponiya Milli Qabaqcıl Sənaye Elm və Texnologiyalar İnstitutunun (АIST) mühəndisləri tikinti ilə bağlı müxtəlif işləri yerinə yetirə bilən insanabənzər “HPR-5P” robotunu hazırlayıblar.  

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “HPR-5P” robotu ev işlərində kömək edən robotların hazırlanması üçün istifadəyə verilən “Humanoid Robotics Project” layihəsi çərçivəsində yaradılan modelin yenilənmiş versiyasıdır. Bu seriyanın ilk robotu “Honda P3” robotunun tam oxşarı olub. Onun əsasında “Honda” şirkətinin mühəndisləri tərəfindən məşhur “ASIMO” robotu ərsəyə gətirilib.

Məlumata görə, robotun boyu 182 santimetr, çəkisi isə 101 kiloqram təşkil edir. Yenilənmiş versiya robotun fiziki imkanlarını artırmağa imkan verən daha güclü elektromotorlarla təchiz edilib. Məsələn, “HPR-5P” əli tam açıq vəziyyətdə 2,9 kiloqramlıq yükü saxlaya bilir. Robotun başında kamera və digər ötürücülər quraşdırılıb. Onlar vasitəsilə robot əhatə edən məkanın daim yenilənən həcmli xəritəsini yaradır.  

Robotun bacarıqlarını nümayiş etdirmək üçün tədqiqatçılar tərəfindən taxta karkas yığılıb. Robot sonradan karkas üzərinə alçıpan təbəqələri vuraraq onları şurup bağlayan drel vasitəsilə bərkidib.

Nizam Nuriyev
 






Baxış sayı: 478

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024