12px13px15px17px
Tarix:08/10/18

Geni dəyişdirilən həşəratlar kənd təsərrüfatı bitkilərinə köçürüləcək

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) bitki genlərinin dəyişdirilməsi üçün həşəratlardan istifadə imkanını öyrənir.  

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, məlumata görə, alimlər həşəratların genini dəyişməklə onları geni modifikasiya edilmiş virusların kənd təsərrüfatı bitkilərinə köçürülməsi üçün istifadə etməyi planlaşdırırlar.

Beləliklə, tədqiqatçılar bitkilərdə xəstəlik, quraqlıq və onlar üçün digər tipik təhlükələrə qarşı immunitet yaratmaq istəyirlər.

Bildirilir ki, eksperiment iştirakçılarının müsbət qiymətləndirməsinə baxmayaraq tədqiqat hamı tərəfindən optimizmlə qarşılanmır. Belə ki, bir sıra alimlərin fikrincə, bu texnologiyaya potensial bioloji silah konteksti kimi yanaşmaq olar.  

Bununla belə, ABŞ Dövlət Departamentinin nümayəndələri bildirib ki, “Insect Allies” layihəsi dinc məqsədlər üçün hazırlanır və bioloji silahlar haqqında Konvensiyanı pozmur. Tədqiqatların aparılmasında, həmçinin ABŞ Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri iştirak edirlər.

Nizam Nuriyev





Baxış sayı: 327

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Dekabr 2018

11 12 2018

11/12/18
Dəfələrlə istifadə edilə bilən kağız icad olunub

Çin alimləri tərəfindən hazırlanmış xüsusi kağız 100 dəfə yenidən istifadə edilə bilər.

11/12/18
Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə və uşaqlara həsr olunmuş xüsusi poçt markası nəşr edilib

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının

11/12/18
Marsa uçuş kosmonavtların ömrünü 2,5 il azaldacaq

Marsa uçuş kosmik radiasiyanın təsiri nəticəsində kosmonavtların ömrünü təxminən 2,5 il azalda 

11/12/18
İnnovasiya müsabiqəsinin təşkilinə dair birgə anlaşma memorandumu imzalanıb

İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı 

11/12/18
“Apple” şirkətinin 10 ən populyar smartfon və planşeti açıqlanıb

“AnTuTu” şirkəti bu ilin noyabrı üçün 10 ən populyar “Apple” qurğusunun reytinqini dərc edib.

11/12/18
“Google” öz sosial şəbəkəsini planlaşdırılandan daha əvvəl bağlayacaq

“Google” şirkəti “Google+” sosial şəbəkəsinin işini planlaşdırılandan daha əvvəl dayandırmalı olacaq. 

11/12/18
“Samsung Galaxy A8s” smartfonu təqdim olunub

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy A8s” smartfonunu təqdim edib. Bu, şirkətin yeni 

11/12/18
“Instagram”da səsli mesajların göndərilməsi funksiyası əlçatan olub

“Instagram” xidmətində səsli mesajlar funksiyası əlçatan olub. Bu haqda şirkət “Twitter” mikrobloqunda