12px13px15px17px
Tarix:08/10/18

İlk kvant süni həyat yaradılıb

Beynəlxalq tədqiqatçılar qrupu ilk dəfə olaraq kvant kompüterdən süni həyatın yaradılması – canlı orqanizmlərin mövcudluğunun modelləşdirilməsi üçün istifadə edib. Alimlər həyatın bütün mərhələlərini (bütöv sosial qrupların fəaliyyətindən tutmuş, ayrı-ayrı hüceyrələrin fəaliyyətinədək) dərk etmək üçün simulyasiyadan yararlanmaq imkanı əldə ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, məlumata görə, İspaniyanın Basklar Ölkəsi Universitetinin yeni tədqiqatı kvant mexanikasının həyatın əmələ gəlməsini izah edə bilməsi baxımından böyük irəliləyiş hesab edilir. Tədqiqat qrupunun məqsədi Carlz Darvinin təkamül nəzəriyyəsi proseslərini kvant kompüterdə təkrarlayan kompüter modelinin yaradılmasından ibarət olub. Bunun üçün tədqiqatçılar tərəfindən “IBM” şirkətinin hazırladığı 5 kubitə malik kvant prosessordan istifadə olunub. Kvant alqoritm əsas bioloji prosesləri (canlandırma, mutasiya, fərdlər arasında əlaqə və ölüm) kubitlər səviyyəsində imitasiya edib. Nəticədə ekspertlər təkamül prosesinin mikroskopik səviyyədə inkişaf edən dəqiq modelləşdirilməsini əldə etməyə nail olublar.

Kvant süni həyatın modelləşdirilməsi Yerdə həyatın əmələ gəlməsi məsələsində yeni yanaşmadır.  

Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.

Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daima azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

Nizam Nuriyev





Baxış sayı: 483

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Fevral 2019

19 02 2019

19/02/19
Bankların əksəriyyəti haker hücumları qarşısında dayanıqsızdır

İnformasiya təhlükəsizliyinin təmini üzrə ixtisaslaşmış “Group-IB” şirkətinin məlumatına görə, əksər 

19/02/19
Məlumat saxlama sistemlərinin ümumi tutumu iki dəfə artacaq

“IDC” analitik şirkəti 2023-cü ilədək dünyada quraşdırılan məlumat saxlama sistemlərinin ümumi 

19/02/19
Prezident İlham Əliyev Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat 

19/02/19
Çin kosmosda günəş elektrostansiyası tikəcək

Çin Kosmik Texnologiyalar Akademiyası kosmosda günəş enerjisi toplayaraq onu Yer kürəsinə 

19/02/19
Kənar enerji mənbəyi olmadan işləyən süni intellekt sisteminə malik videokamera yaradılıb

ABŞ-ın “Xnor” startapı "sonsuz" avtonom işləmə müddətinə malik süni intellekt sistemli simsiz videomüşahidə 

19/02/19
“Sharp” korporasiyası "robofon" təqdim edib

Yaponiyanın “Sharp” korporasiyası “RoBoHon” insanabənzər robot smartfonlar istehsal xəttinə 3 yeni 

19/02/19
Ödənişli “iOS” əlavələrindən pulsuz istifadə üçün boşluq aşkarlanıb

Hakerlərin “Apple” şirkətinin hazırladığı texnologiyaya müdaxiləsi nəticəsində istifadəçilər “iPhone