12px13px15px17px
Tarix:10/10/18

Kompüter alqoritmi DNK-ya görə insanın boyunu proqnozlaşdırır

ABŞ-ın Miçiqan Universitetinin alimlərinin hazırladığı neyron şəbəkə DNK-ya görə insanların boyunu dəqiqliklə proqnozlaşdırır və potensial riskli ciddi xəstəlikləri (ürək xəstəlikləri, xərçəng) qiymətləndirir.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, məlumata görə, kompüter alqoritmi ilk dəfə boy, sümüklərin sıxlığı və insanın nail olacağı təhsil səviyyəsi kimi insan keyfiyyətlərini proqnozlaşdırmağa çalışır. Bunların müəyyənləşdirilməsi üçün neyroşəbəkə yalnız genoma əsaslanır. Böyük Britaniyanın “UK Biobank” DNK bazasının – səhiyyə haqqında beynəlxalq informasiya resursunun məlumatlarından istifadə edən alqoritm 500 min nəfərin DNK-sını analiz edərək insanlar arasında fərqli cəhətləri aşkarlayıb və onların xüsusiyyətlərini müqayisə edib. Testlər zamanı kompüter hər insanın boyunu 1 santimetr dəqiqliklə proqnozlaşdırıb.  

Mütəxəssislərin fikrincə, indi bu üsulu ciddi xəstəliklərlə əlaqədar digər mürəkkəb əlamətlərin proqnozlaşdırılıması üçün tətbiq etmək olar. Bu, həkimlərə mümkün qədər tez profilaktika aparmağa, potensial xəstəliyin qarşısını almağa və ya yubatmağa imkan verəcək.

Nizam Nuriyev





Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024