12px13px15px17px
Tarix:12/10/18

“WhatsApp” istifadəçilərinə haker təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

"WhatsApp" messencerinin istifadəçilərinə hesab məlumatlarına mümkün haker hücumları barədə xəbərdarlıq edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, "Android" və "iOS" əməliyyat sistemlərində işləyən mobil əlavələr təhlükəyə məruz qala bilər.

Mütəxəssislərin sözlərinə görə, zərərli proqram daxil olan videozəng cavablandırılan zaman işə düşür. Mobil əlavənin ələ keçirilməsi üçün hakerlər "WhatsApp"ın dinamik yaddaşını özünə tabe edən yoluxdurulmuş "RTP" protokolundan istifadə edirlər.

Qeyd olunan boşluğun avqustda aşkarlanmasına baxmayaraq problem əlavənin yenilənməsi ilə sentyabrın sonunda həllini tapıb. Messencerin köhnə versiyası isə təhlükə altında olaraq qalır.

Bundan əvvəl "WhatsApp" əlavəsində hakerlərə məlumatları ələ keçirərək onların məzmununu dəyişməyə imkan verən boşluq aşkarlanıb.

Nizam Nuriyev





Baxış sayı: 244

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Dekabr 2018

15 12 2018

15/12/18
“Facebook”da təxminən 7 milyon istifadəçinin şəkli açıq girişdə əlçatan olub

“Facebook”un rəhbərliyi bildirib ki, 6,8 milyon istifadəçinin şəxsi şəkli məxfilik 

15/12/18
Kiçik bağlamaların çatdırılması üçün “Serve” adlı robot-kuryer təqdim edilib

ABŞ-ın “Postmates” loqistika operatoru çəkisi 22 kq-dək olan bağlamaları 48 km-dək daşıya biləcək

15/12/18
Smartfondan idarə olunan “ağıllı” həb hazırlanıb

Massaçusets Texnologiya İnstitutu, Dreyper Universiteti və Briqama Qadın xəstəxanasından olan alimlər heyəti