12px13px15px17px
Tarix:13/10/18

ABŞ Konqresi 500 min “Google+” istifadəçisinin mümkün məlumat sızmasını araşdıracaq

Avropanın tənzimləyici orqanları və ABŞ Konqresi "Google" şirkətinə 500 min "Google+" sosial şəbəkəsi istifadəçisinin mümkün məlumat sızması ilə bağlı əlavə məlumat təqdim edilməsini tələb edən məktub ünvanlayıb. Bundan başqa, tənzimləyici orqanlar şirkətdən boşluq haqqında məlumat vermədiyi üçün izahat tələb edirlər.

"ICTnews" Elektron Xəbər Xidməti "Hightech" resursuna istinadən yazır ki, ötən həftə "Google" şirkəti "Google+" sosial şəbəkəsinin fəaliyyətinin qismən dayandırılmasını bəyan edib, eləcə də 2015-2018-ci illər ərzində servisdə 500 min istifadəçi məlumatına çıxış imkanı yaradan boşluğun olmasını açıqlayıb. Lakin cinayətkarların indiyədək boşluqdan yararlana bilməsi barədə dəqiq məlumatın olmaması ilə əlaqədar şirkət onun mövcudluğu barədə informasiya verməyib.  

"Məlumatların mühafizəsi internet xidmətlərindən istifadə edən əksər amerikalılarda ciddi narahatlıq doğuran problemdir. Xüsusilə "Cambridge Analytica" şirkəti ətrafında vəziyyətlə əlaqədar istifadəçilərin məxfi məlumatlar toplayan servislərə inamı azalıb", - məktubda deyilir.

Həmçinin qeyd olunur ki, "Google" boşluğu bu ilin martında aradan qaldırıb, lakin o haqda məlumat verməmək qərarına gəlib. Bundan başqa, konqres şirkətdə baş verən digər mümkün məlumat sızmaları barədə informasiya təqdim etməyi tələb edir.

Nizam Nuriyev





Baxış sayı: 205

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Oktyabr 2018

22 10 2018

22/10/18
“İnnovasiyalar həftəsi” çərçivəsində “Robo Futbol” turniri təşkil olunacaq

26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq təşkil ediləcək beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində 

22/10/18
“Android” smartfonlarına məsafədən yeni müdaxilə üsulu tapılıb

“Checkmarx” analitik şirkətinin eksperti Lüksemburqda keçirilmiş “Hack.lu” konfransında “Android

22/10/18
NASA Marsa göndəriləcək yeni kosmik aparatın enəcəyi yeri seçib

Üçgünlük müzakirələrdən sonra astronomlar 2020-ci ildə ABŞ Kosmik Agentliyi tərəfindən Marsa 

22/10/18
“3D” printerdə işlək litium-ion akkumulyator çap edilib

Dyuk Universitetinin alimləri tərəfindən hazırlanmış xüsusi metod “3D” printerdə litium-ion akkumulyatorları 

22/10/18
“Facebook” sosial şəbəkəsinin təhlükəsizliyi gücləndirilir

“Facebook” sosial şəbəkəsinin sahibi olan eyniadlı şirkət informasiya təhlükəsizliyi sahəsində həllər hazırlayan 

22/10/18
Azərbaycanlı mühəndislər radiospektr idarəetməsi üzrə təlim alıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin mühəndisləri üçün 

22/10/18
İnternetdən ən çox kişilər istifadə edir

Əksər internet istifadəçiləri kişilərdir, bir sıra ölkələrdə isə şəbəkənin qadın auditoriyası kişi auditoriyasından 

22/10/18
Yeni “Apple” qurğularının təqdimat tarixi məlum olub

“Apple” şirkəti müxtəlif nəşrlərin jurnalistlərini oktyabrın 30-da Nyu-Yorkda keçiriləcək yeni 

22/10/18
Ən etibarlı kompüter istehsalçıları bəlli olub

Kompüterlərin təmiri üzrə ixtisaslaşmış ABŞ-ın “Rescuecom” şirkəti ABŞ-da kompüterlərin etibarlılığı