12px13px15px17px
Tarix:19/10/18

“İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir

Dünya İqtisadi Forumu 2018-ci il üzrə "Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı"nı ("The Global Competiviness Report 2018") dərc edib. Bu hesabat yeni metodologiya (yeni nəsil "4.0") əsasında hazırlanıb. Belə ki, yeni hesabatda əvvəlki hesabatın 114 göstəricisindən 84-ü çıxarılıb və 68 yeni  göstərici əlavə edilib. Ümumilikdə, sözügedən hesabatda 98 göstərici üzrə qiymətləndirmə aparılıb.


Yeni hesabata əsasən, "Qlobal Rəqabətqabiliyyətlilik İndeksi"ndə Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdədir. Bu indeks üzrə ABŞ 1-ci yeri, Sinqapur 2-ci yeri, Almaniya isə 3-cü yeri tutub. İsveçrə, Yaponiya, Hollandiya, Honkonq, Böyük Britaniya, İsveç və Danimarka kimi ölkələr isə ilk onluqda qərarlaşıb.


Azərbaycan sözügedən hesabatın "Əlverişli mühit" ("Enabling Environment") bölməsinin "İnstitutlar" ("İnstitutions") göstəricisi üzrə 58-ci, İnfrastruktur ("İnfrastructure") göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi ("ICT adoption") göstəricisi üzrə 69-cu yerdədir.


Bundan başqa, ölkəmiz İKT-dən istifadə səviyyəsi göstəricisinin hər 100 nəfərə düşən mobil abunəçiləri alt göstəricisi üzrə 97-ci yeri, hər 100 nəfərə düşən mobil genişzolaqlı abunəçiləri göstəricisi üzrə 88-ci yeri, hər 100 nəfərə düşən sabit genişzolaqlı internet abunəçiləri göstəricisi üzrə 53-cü yeri, hər 100 nəfərə düşən fiber-optik internet istifadəçiləri göstəricisi üzrə 55-ci yeri, İnternet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub. "İnternet istifadəçiləri" göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir.


Azərbaycan hesabatın "İnnovativ Ekosistem" (İnnovation Ecosystem) bölməsinin "Biznesin dinamikliyi" göstəricisi üzrə dünyanın 140 ölkəsi arasında 31-ci yerdə (biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-göstəricisi üzrə 17-ci, sahibkarlıq riskləri alt-göstəricisi üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-göstəricisi üzrə 25-ci yerdə), "İnnovasiya potensialı" göstəricisi üzrə isə 71-ci yeri yerdə qərarlaşıb.


"İnfrastruktur" göstəricisinin "Hava nəqliyyatında xidmətlərinin effektivliyi" ("Efficiency of air transport services") alt-göstəricisi üzrə ölkəmiz 12-ci, "Qatar xidmətlərinin keyfiyyəti" ("Efficiency of train services") üzrə 17-ci, "Dəmir yollarının sıxlığı" alt-göstəricisi üzrə 32-ci, "Yolların keyfiyyəti" ("Quality of roads") üzrə 34-cü yeri tutub.


Qeyd edək ki, Azərbaycan  "İnfrastruktur" və "Biznesin dinamikliyi" alt-göstəricilərinə görə digər MDB ölkələri ilə müqayisədə irəli mövqelərdə qərarlaşıb.





Baxış sayı: 662

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Noyabr 2018

19 11 2018

19/11/18
Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına yenidən üzv seçilmək ölkəmiz üçün yeni imkanlar yaradır

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 20-ci Səlahiyyətli

19/11/18
ABŞ-da Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Ağ Evin rəhbəri  Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyinin (Cybersecurity and Infrastructure 

19/11/18
“Huawei” “ağıllı” şəhər üçün "sinir sistemi" yaradıb

“Huawei” şirkətinin “+AI Digital Platform” platforması datçik, kamera və hakimiyyət orqanlarından toplanılmış 

19/11/18
Neyron şəbəkəsi biometrik sistemlərə müdaxilə üçün barmaq izlərini saxtalaşdırmağı öyrənib

Nyu-York Universiteti Politexnik İnstitutunun alimləri biometriya sistemlərinə müdaxilə məqsədilə neyron 

19/11/18
Yeni texnologiya smartfonların çox qızmasının qarşısını alacaq

Amerikalı mühəndislər tərəfindən hazırlanmış yeni texnologiya smartfon və başqa elektron qurğuların 

19/11/18
“Apple”ın rəhbəri “iPhone” smartfonundan daha az istifadə etməyə başlayıb

“Apple” korporasiyasının rəhbəri Tim Kuk öz “iPhone” smartfonundan daha az istifadə etməyə başladığını

19/11/18
Çin “Beidou” naviqasiya sisteminin yaradılmasını başa çatdırıb

Çin göyərtəsində iki “Beidou-3” naviqasiya peyki olan “Changzheng” raketdaşıyıcısının uğurlu