12px13px15px17px
Tarix:23/10/18

Kvant internetin yaradılması üzrə plan açıqlanıb

Kvant interneti reallığa çevrilən ilk kvant informasiya texnologiyası ola bilər. Belə ki, Niderlandın Delft Texniki Universitetinin tədqiqatçıları bu miqyaslı layihənin həyata keçirilməsi üzrə plan dərc ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, tədqiqatda qlobal kvant şəbəkəsinin yaradılması üçün hazırda təhlükəsiz kvant rabitəni təmin edən adi kubit şəbəkələri daxil olmaqla altı mərhələ təsvir edilib. Plan tam kvant kompüterlər şəbəkəsinin inkişafı ilə tamamlanıb. Hər bir mərhələdə yeni əlavələr – Yer kürəsində bir virtual superteleskopda saatın tam sinxronlaşdırılması və ya müxtəlif teleskopların inteqrasiyası yaradılıb.

Bildirilir ki, kvant interneti kvant dolaşıqlığından istifadə sayəsində rabitə texnologiyasında inqilab edəcək. Texnologiya planetin istənilən iki nöqtəsi arasında kvant bitlərini ötürməyə imkan verir. Kvant bitləri sıfıra bərabər olmaqla yanaşı, eyni zamanda bir-birinin arasında elə dolaşıqlığa düşər ki, bir kubitlə həyata keçirilən əməliyyat dərhal digərinin vəziyyətinə təsir edə bilər.

Kvant dolaşıqlığı məsafəli serverlər arasında koordinasiyanı yaxşılaşdırmağa imkan verir. Bu funksiya müxtəlif əlavələr üçün unikal təhlükəsizlik dərəcəsini təmin edir. Yaxın illərdə yaradılacaq ilk kvant şəbəkələrin qlobal kvant internetin təşəkkülü istiqamətində ilk addım olacağı gözlənilir.

Kubitlər və ya kvant bitlər kvant kompüterdə informasiya saxlama elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.  

Nizam Nuriyev





Baxış sayı: 479

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024