12px13px15px17px
Tarix:24/10/18

Ramin Quluzadə Beyləqanda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Beyləqan şəhərində vətəndaşlarla görüşüb.
 
Görüşdə Beyləqanla yanaşı, İmişli, Ağcabədi, Füzuli, Zərdab, Xocavənd və Laçın rayonlarının da sakinləri  iştirak edib.
 
Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.
 
Müraciətlər telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələləri əhatə edib.
 
Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb.
 
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib.
 
Regiona səfəri çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
 
Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.













Baxış sayı: 906

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Fevral 2019

21 02 2019

21/02/19
Nazir Ramin Quluzadə “Dell” şirkətinin nümayəndələri ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Dell” şirkətinin Bakıda səfərdə olan 

21/02/19
Hər ikinci kiberhücum məlumat əldə etmək məqsədi güdür

“Positive Technologies” şirkəti 2018-ci ilin sonuncu rübü üçün internetdə təhlükəsizliklə bağlı 

21/02/19
Növbəti nəsil mobil qurğular üçün yeni əməli yaddaş standartı təsdiq edilib

“JEDEC” təşkilatı “LPDDR5” standartının yekun versiyasını dərc edib. Yeni əməli yaddaş standartı gələcək 

21/02/19
“Ericsson” şirkəti “5G” üçün yeni texnologiyalar nümayiş etdirib

Beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) kommersiya istifadəsinə verməyə hazırlaşan İsveçin 

21/02/19
“Instagram” vasitəsilə “Android” viruslarının geniş yayılması qeydə alınıb

"Doktor Veb" antivirus proqram təminatı istehsalçısı “Instagram” xidmətinin köməyi ilə “Android”

21/02/19
İşıqforlarda gözləməyi aradan qaldıran texnologiya hazırlanıb

“Audi” şirkəti tərəfindən hazırlanmış sistem avtomobilin hərəkət sürətini elə hesablayır ki, sürücü həmişə 

21/02/19
“Samsung” şirkəti yeni qabaqcıl “Galaxy” modellərini təqdim edib

Cənubi Koreyanın “Samsung” şirkəti “Samsung Galaxy S10+” brendli yeni qabaqcıl model təqdim