12px13px15px17px
Tarix:01/11/18

Nurudin Muhitdinov: Azərbaycan rabitə administrasiyası Regional Rabitə Birliyində və beynəlxalq ittifaqda çox fəal iştirakçıdır

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həm Regional Rabitə Birliyində, həm də beynəlxalq ittifaqda çox fəal iştirakçıdır. Bu barədə Regional Rabitə Birliyinin (RRB) İcraiyyə Komitəsinin baş direktoru Nurudin Muhitdinov “AZƏRTAC”a bildirib.
 
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti bu il Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Dubayda keçirilən səlahiyyətli konfransında çox yüksək səviyyədə təmsil olunur. Nazir Ramin Quluzadə, onun müavini Elmir Vəlizadə burdadır və Azərbaycan nümayəndə heyəti çox fəal işləyir, regional birliyimiz çərçivəsində bəyəniləcək yeni ideya və təklifləri irəli sürür: “Biz ümid edirik ki, onlar səlahiyyətli konfrans tərəfindən də qəbul ediləcək və son nəticədə bu, daha effektiv informasiya cəmiyyətinin qurulmasına kömək edəcək. Bu, bizim ölkələrimizdə, regionlarımızda yaşayan insanların daha rahat yaşayış şəraitini təmin edən informasiya texnologiyalarından daha yaxşı istifadə edə bilmələrinə yönələcək”.  
 
N.Muhitdinov, həmçinin bildirib ki, konfrans çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvləri seçiləcək. “Bu, çox mühüm seçilən vəzifədir və çox məhdud sayda ölkə bu Şuranın üzvüdür. Azərbaycan belə seçilmək imkanına layiq görülüb, çünki Azərbaycanda informasiya texnologiyalarının inkişafını təmin edən göstəricilər mövcuddur və bu xidmətlər birlik tərəfindən qəbul edilib və ölkələr öz səsini verib”, – RRB rəhbəri vurğulayıb.
 
O qeyd edib ki, bu dəfə BTİ-nin səlahiyyətli konfransında Azərbaycan rabitə administrasiyası ümumilikdə ölkəni təmsil etməklə yenidən BTİ Şurasına seçilmək üçün namizəddir və nazirlik nümayəndəsi Sahibə Həsənovanın Radioreqlamentar komitəyə namizədliyi irəli sürülüb. “Radioreqlamentar komitə də Beynəlxalq Telekommunikasiya İttifaqında, assambleyalar və ümumdünya radiorabitə konfransları arasında onun fəaliyyətini təmin edən çox məhdud saylı konkret insanlardan ibarət strukturdur. Bu, güman edirəm, bizim regiondan mövcud olan iki yer uğrunda Azərbaycan administrasiyasının rəqabətli, açıq və demokratik mübarizədə adlaya və qalib gələ biləcəyi çox məsuliyyətli və vacib mərhələdir. Namizədlər daha çoxdur, onların sayı dörddür. Mən ona qələbə və gələcəkdə artıq Radioreqlamentar komitənin üzvü vəzifəsində Beynəlxalq Telekommunikasiya İttifaqında, Regional Rabitə Birliyində iş arzulamaq istəyirəm”, – Nurudin Muhitdinov deyib.  



Baxış sayı: 1542

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 May 2019

21/05/19
“Google”un süni intellekti ağciyər xərçəngini həkimlərdən daha yaxşı aşkar edir

Süni intellekt əsasında işləyən diaqnostika sistemləri ağciyər xərçəngini sertifikatlaşdırılmış həkimlə

21/05/19
Yeni “Google Glass” eynəyi “Android” sistemi ilə işləyəcək

“Google” şirkəti “Google Glass” “ağıllı” eynəyinin yeni versiyasını təqdim edib. “Glass Enterprise Edi

21/05/19
“Starship” raketinin prototipləri hazırlanır

ABŞ-ın “SpaceX” şirkəti “Starship” raketinin Cənubi Texasda yerləşən zavodda 100 nəfərlik sərnişin tutu

21/05/19
Analitiklər “Əşyalar interneti” bazarında “5G” texnologiyasının tədricən tətbiqini proqnozlaşdırırlar

2019-cu ildə tərtibatçılara yeni “5G” standartını dəstəkləyən “IoT”-modullar əlçatan olacaq ki, bu da beşi

21/05/19
“Huawei” əməliyyat sisteminin adı məlum olub

Çinin “Huawei” şirkətinin əməliyyat sistemi “Hongmeng” adlanacaq.

21/05/19
Kondisioner və qızdırıcını əvəz edəcək daşınan cihaz təqdim edilib

Kaliforniya Universitetinin mühəndisləri qışın soyuğuna və yayın istisinə qarşı qeyri-adi mübarizə üsul

20 05 2019

20/05/19
“Google” istifadəçilərin satınalmasını izləyir?

“Google” istifadəçilər tərəfindən edilmiş satınalmalar haqqında informasiyanı yadda saxlayır. “CNBC”-nin

20/05/19
Cənubi Koreya hökuməti “Linux” sistemindən istifadəyə başlayacaq

Cənubi Koreya Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin nümayəndələri ölkə hökuməti tərəfindən istifad

20/05/19
Avropa İttifaqında kiberhücumlara sanksiyaların tətbiqi üçün mexanizm hazırlanıb

Avropa İttifaqında miqyaslı kiberhücumlara cavab olaraq sanksiyaların tətbiqinə imkan verən xüsusi mexan

20/05/19
Növbəti nəsil atom saatı yaradılır

ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) mütəxəssisləri növbəti nəsil eksperimental atom

20/05/19
“Huawei” smartfonları “Android” sistemini dəstəkləməyəcək

“Google” şirkəti ABŞ Prezidenti Donald Trampın Çinin “Huawei” smartfon istehsalçısının avadanlığından

20/05/19
“Android” sisteminin hələ elan edilmiş versiyasında istifadəyə veriləcək yeni funksiya məlum olub

“Android” əməliyyat sisteminin hazırlanması üzrə məsul şəxs olan “Google” korporasiyasının vitse-prezid

20/05/19
Smartfonun tez sıradan çıxmasına səbəb olan vərdişlər açıqlanıb

Əksər hallarda istifadəçilərin öz hərəkəti smartfonun tez sıradan çıxmasına səbəb olur. Ekspertlər smar