12px13px15px17px
Tarix:03/11/18

Süni intellekt sisteminə malik rozetka elektrik enerjisinə qənaət edəcək

“Currant” şirkəti süni intellekt alqoritmləri ilə işləyən “Smart Outlet” adlı “ağıllı” rozetka təqdim edib. Bu rozetka ona qoşulmuş qurğular tərəfindən istehlak edilən elektrik enerjisini hesablayır və xüsusi mobil proqram vasitəsilə istifadəçiyə enerji effektivliyinin artırılması üzrə öz tövsiyələrini verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Smart Outlet” 2 rozetkalı adapterdir. Hər bir rozetkanı “iOS” və “Android” sistemlərində işləyən proqramdan məsafədən və ayrı-ayrılıqda idarə etmək, həmçinin “Amazon Alexa” və “Google Home” smart kolonkalarına qoşmaq mümkündür. İstehlak edilən enerjinin miqdarının qrafiki real vaxt rejimində göstərilir.
 
“Ağıllı” rozetka “Bluetooth” və “Wi-Fi” üzrə qoşulma olmaqla 2 variant üzrə əlçatandır. “Wi-Fi” model səsli köməkçilərə inteqrasiya edilə və istənilən yerdən idarə oluna bilər. “Bluetooth” versiyanın qiyməti 49,99 dollar, “Wi-Fi” versiyanın qiyməti isə 59,99 dollar təşkil edir.
 
Emil Hüseynov




Baxış sayı: 258

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Yanvar 2019

21/01/19
“Ağıllı” alışqan siqaret çəkməyi atmağa kömək edəcək

Livanın elektronika istehsalçısı “Slighte” şirkəti siqaret çəkməyi atmağa kömək edən “ağıllı” alışqan 

21/01/19
“Google Play”dən bank kartlarının məlumatlarını oğurlayan tətbiqlərin adı məlum olub

“Google Play”dən bank kartlarının məlumatlarını oğurlayan mobil proqramların adı məlum olub. Bu haqda 

21/01/19
Honkonqda 4.6 milyard dollar dəyərində avtomobil tuneli istifadəyə verilib

Honkonqda inşasına 4.6 milyard dollar sərmayə yatırılmış yeni avtomobil tuneli istifadəyə verilib. 

20 01 2019