12px13px15px17px
Tarix:06/11/18

“Parker Solar Probe” zondu Günəşə rekord məsafədə yaxınlaşıb

ABŞ Kosmik Agentliyinin (NASA) Günəşin kənar haləsinin öyrənilməsi üçün nəzərdə tutulan “Parker Solar Probe” kosmik zondu bazar ertəsi ilk dəfə Günəşə yaxınlaşıb. Bu barədə agentliyin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, məlumata görə, aparat saatda 343 min km sürətlə hərəkət edir. Maksimal yaxınlaşma nöqtəsində zond Selsi üzrə təxminən 19,9 milyon dərəcə təşkil edən temperatura dözüb.  

Bildirilir ki, bir müddət əvvəl – oktyabrın 29-da “Parker Solar Probe” indiyədək yaradılan aparatlar arasında Günəşə ən çox yaxınlaşmaqla Almaniya və ABŞ-a məxsus “Hellios 2” zondunun 26 milyon mil (41,8 milyon km) rekordunu üstələyib.

Avqustun 12-də buraxılan “Parker Solar Probe” kosmik zondu 1958-ci ildə Günəş küləyinin mövcudluğunu sübut edən astrofizik Yucin Parkerin şərəfinə adlandırılıb.

Bildirilir ki, hazırda Çikaqo Universitetində çalışan məşhur alim “Parker Solar Probe” missiyası layihəsinin iştirakçısıdır. Tədqiqatçı layihədə Günəşə məlumat göndərməklə məşğuldur. Bu, alim tərəfindən yaradılacaq üstü yazılı “boşqab” olacaq. Bundan başqa, zondda astrofizikin fotoşəkilinin əks olunduğu çip saxlanılacaq. 

Zond orbitdə Günəşdən 3,7 milyon mil uzaqlıqda yerləşəcək. Onun vasitəsilə əldə edilən müşahidələr ulduzların fizikası haqqında yeni məlumatlar almağa, sirli halə barədə mövcud bilikləri dəyişməyə, günəş küləyi haqqında ətraflı məlumat verməyə imkan verəcək və kosmosdan havanın proqnozlaşdırılmasını yaxşılaşdırmağa kömək edəcək. Bu hadisələr peyklərə, astronavtlara təsir göstərə, Yerdə isə radiasiya şüalanmasında və elektrik şəbəkələrinin fəaliyyətində əks oluna bilər.

Günəşə uçuş 60 il əvvəl planlaşdırılsa da, o vaxt zondun yaradılması üçün materiallar mövcud olmayıb. Zondun Günəş ətrafında sürəti saatda 450 min mil təşkil edəcək. Missiyanın 2025-ci ilin iyununda başa çatacağı gözlənilir. 

Nizam Nuriyev





Baxış sayı: 236

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Yanvar 2019

21/01/19
Yeni nəsil qeyri-adi qurğular hansılardır?

Qısa Ekspertlər yeni nəsil az tanınan və qeyri-adi qurğuları açıqlayıblar.

21/01/19
“Ağıllı” alışqan siqaret çəkməyi atmağa kömək edəcək

Livanın elektronika istehsalçısı “Slighte” şirkəti siqaret çəkməyi atmağa kömək edən “ağıllı” alışqan 

21/01/19
“Google Play”dən bank kartlarının məlumatlarını oğurlayan tətbiqlərin adı məlum olub

“Google Play”dən bank kartlarının məlumatlarını oğurlayan mobil proqramların adı məlum olub. Bu haqda 

21/01/19
Honkonqda 4.6 milyard dollar dəyərində avtomobil tuneli istifadəyə verilib

Honkonqda inşasına 4.6 milyard dollar sərmayə yatırılmış yeni avtomobil tuneli istifadəyə verilib. 

20 01 2019