12px13px15px17px
Tarix:06/11/18

“Wi-Fi” siqnalları smartfona divarın arxasındakı insanı "görməyə" imkan verib

Amerikalı mühəndislər otaqda insanın olub-olmamasını bilmək üçün  orada olan “Wi-Fi” dəstəkli qurğu və kənarda yerləşdirilmiş qəbuledicidən istifadə etməyə imkan verən metod hazırlayıblar. Yeni alqoritm ilk öncə siqnallar üzrə ötürücü aparatların otaqda yerini dəqiqləşdirir, bundan sonra isə əks olunan siqnallar üzrə otaqda hərəkət edən insanın olub-olmamasını müəyyənləşdirir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, hazırda məlumatların “Wi-Fi” standartı üzrə simsiz ötürülməsi çox geniş yayılıb, bir çox mənzil və ofislərdə simsiz routerlər quraşdırılıb və onlara smartfon, planşet və başqa qurğular qoşulub. Bu səbəbdən rabitə və kompüter təhlükəsizliyi sahəsində bəzi mütəxəssislər “Wi-Fi” standartını insan və başqa obyektlərin hərəkəti haqda informasiyanın əldə edilməsi üsulu kimi araşdırıblar. Məsələn, ötən il tədqiqatçılar qrupu “Wi-Fi” dəstəkli qurğunun köməyi ilə otağı "görməyi" və otaqdan kənarda yerləşdirilmiş qəbuledicinin köməyi ilə oradakı obyektlər haqda informasiya toplamağı öyrəniblər. Ancaq əvvəllər keçirilən belə tədqiqatlar məlumatların əldə edilməsi üçün ya “Wi-Fi” ötürücü aparatın otaqda yerləşdirilməsini, ya da otaqdan kənarda güclü avadanlıqdan istifadə edilməsini nəzərdə tuturdu.
 
Çikaqo Universitetindən Haytao Çjen və onun həmkarı təcrübədə sübut ediblər ki, otaq daxilində insanların hərəkəti haqda məlumatın əldə edilməsi üçün “Wi-Fi” siqnalını qəbul edə bilən smartfonun olması kifayətdir.
 
Emil Hüseynov





Baxış sayı: 192

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Fevral 2019

19 02 2019

19/02/19
Bankların əksəriyyəti haker hücumları qarşısında dayanıqsızdır

İnformasiya təhlükəsizliyinin təmini üzrə ixtisaslaşmış “Group-IB” şirkətinin məlumatına görə, əksər 

19/02/19
Məlumat saxlama sistemlərinin ümumi tutumu iki dəfə artacaq

“IDC” analitik şirkəti 2023-cü ilədək dünyada quraşdırılan məlumat saxlama sistemlərinin ümumi 

19/02/19
Prezident İlham Əliyev Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat 

19/02/19
Çin kosmosda günəş elektrostansiyası tikəcək

Çin Kosmik Texnologiyalar Akademiyası kosmosda günəş enerjisi toplayaraq onu Yer kürəsinə 

19/02/19
Kənar enerji mənbəyi olmadan işləyən süni intellekt sisteminə malik videokamera yaradılıb

ABŞ-ın “Xnor” startapı "sonsuz" avtonom işləmə müddətinə malik süni intellekt sistemli simsiz videomüşahidə 

19/02/19
“Sharp” korporasiyası "robofon" təqdim edib

Yaponiyanın “Sharp” korporasiyası “RoBoHon” insanabənzər robot smartfonlar istehsal xəttinə 3 yeni 

19/02/19
Ödənişli “iOS” əlavələrindən pulsuz istifadə üçün boşluq aşkarlanıb

Hakerlərin “Apple” şirkətinin hazırladığı texnologiyaya müdaxiləsi nəticəsində istifadəçilər “iPhone