12px13px15px17px
Tarix:08/11/18

Ən ucuz noutbuk təqdim edilib

“Xiaomi” şirkəti 15,6 düym diaqonala malik “Mi Notebook” modelini təqdim edib. 11 noyabrda satışa çıxarılacaq bu noutbukun qiyməti təxminən 820 manatdan başlayacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, məlumata görə, sözügedən noutbuk 15,6 düym diaqonallı modellər arasında ən ucuz olacaq. “Mi Notebook” 8-ci nəsil “Intel Core i3” prosessoru və 4 QB-lıq əməli yaddaş (32 QB-dək artırmaq mümkündür) təchiz edilib. Sərt diskin tutumu 128 QB təşkil edəcək.
 
Noutbukun korpusunun tamamilə metaldan işlənilməsinə baxmayaraq, model kifayət qədər yüngül və istifadəsi rahat olacaq.
 
Emil Hüseynov





Baxış sayı: 619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024