12px13px15px17px
Tarix:10/11/18

“Facebook”da göndərilən məlumatları silmək mümkün olacaq

Növbəti "Facebook Messenger" versiyası istifadəçilərə göndərilmiş məlumatları 10 dəqiqə ərzində silməyə imkan verəcək. Bu barədə "AppStore" əlavəsinin saytında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti" resursuna istinadən yazır ki, noyabrın 7-də buraxılan sonuncu "Facebook Messenger 191.0" versiyasının təsvirində tərtibatçılar növbəti yenilənmədə istifadəçiləri göndərilmiş məlumatların ləğv edilməsi imkanı daxil olmaqla çoxlu yeni funksiyalar gözləməsi barədə məlumat veriblər.

Onların sözlərinə görə, tezliklə çatda göndərilmiş məlumatları silmək mümkün olacaq. "İstifadəçilər tərəfindən səhvən fotoşəkil, informasiya və ya bildiriş göndərilən zaman onları göndəriləndən 10 dəqiqə sonra ləğv etmək olacaq", - tərtibatçılar qeyd edib.

Məlumata görə, proqram yenilənməsinin yaxın bir neçə həftə ərzində buraxılacağı qeyd olunsa da, konkret tarix göstərilmir.

Nizam Nuriyev





Baxış sayı: 607

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024