12px13px15px17px
Tarix:03/12/18

“Nokia” şirkəti “LTE” texnologiyasını dəstəkləyən düyməli telefonunu təqdim edəcək

“Nokia” şirkəti 4G LTE mobil rabitə texnologiyasını dəstəkləyən düyməli telefon hazırlayır. Qurğunun texniki xüsusiyyətləri barədə “TENAA” məlumat bazasından məlumat əldə edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Nokia TA 1114” kimi nömrələnmiş telefonun çəkisi 70,2 qram, 1,77 düym diaqonala malik displeyin təsvir ölçüsü 128×160  piksel, prosessorun takt tezliyi isə 0,26 QHs təşkil edəcək. Qurğuya quraşdırılmış akkumulyator batareyasının tutumu 800 milliamper/saat təşkil edəcək.
 
Telefonun əsas özəlliyi LTE rabitə texnologiyasını dəstəkləməsi olacaq. Sənədə əsasən, telefon 900 və 1800 MHs şəbəkə diapazonlarında işləyə biləcək.
 
Emil Hüseynov





Baxış sayı: 477

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024