12px13px15px17px
Tarix:04/12/18

XXIV beynəlxalq “Bakutel–2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi və konfransının iştirakçılarına

Hörmətli sərgi və konfrans iştirakçıları! 


Sizi ölkəmizin paytaxtı Bakı şəhərində XXIV beynəlxalq "Bakutel–2018" telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi və konfransının açılışı münasibətilə səmimi salamlayır, hər birinizə uğurlar arzulayıram.


Yüksək texnologiyalar sahəsində mühüm hadisələrdən olan sərgi və konfransınızın informasiya-kommunikasiya texnologiyaları sektoru nümayəndələrinin ənənəvi görüş məkanına çevrilməsi sevindirici haldır. Ən son yeniliklərin və texnoloji nailiyyətlərin nümayiş etdirilməsi baxımından geniş imkanlara malik "Bakutel" platformasında informasiya-kommunikasiya sənayesi təmsilçiləri, aparıcı biznes rəhbərləri və mütəxəssislər özlərinin qlobal əhəmiyyətli layihələr və eləcə də gələcək inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşərək həlledici qərarlar qəbul edirlər.


Bu gün Azərbaycanda telekommunikasiya üzrə yeni texnologiyaların tətbiqi və xidmət şəbəkəsinin ən müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə yaradılmış "Şəbəkə" xidmət mərkəzlərinin sayı davamlı artırılır. İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyət həyatının ayrı-ayrı sahələrində geniş tətbiqi və məlumatların vahid mərkəzdə təhlükəsiz saxlanması üçün beynəlxalq səviyyədə təhlükəsizlik standartlarına cavab verən Data Mərkəzi qurulmuşdur.


Azərbaycan Poçtu ənənəvi xidmətlərlə yanaşı, bank-maliyyə xidmətləri də göstərir. Milli poçtumuz beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyətə başlamışdır. İnformasiya-kommunikasiya texnologiyalarına marağın artırılması və gənclərin innovativ ideyalarına dəstək məqsədilə paytaxtda, həmçinin bölgələrdə "İdeyadan Biznesə" startap turları və müxtəlif yarışlar təşkil olunur. Bu yaxınlarda ölkəmizdə ilk dəfə olaraq beynəlxalq "İnnovasiyalar həftəsi" keçirilmişdir. Layihə çərçivəsində ziyarətçilər yüksək texnologiyalar və innovasiyalara dair yeniliklərlə yaxından tanış olmaq imkanı qazanmışlar.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılmasının ölkəmizdə yüksək texnologiyaların inkişaf tempini daha da artıracağına əminliyimi ifadə etmək istərdim. İnanıram ki, sərgi və konfrans aparacağınız geniş müzakirələr və keçirəcəyiniz səmərəli görüşlərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin dərinləşməsinə və yeni təşəbbüslərin meydana çıxmasına yol açacaq, informasiya-kommunikasiya texnologiyaları sənayesinin inkişafına öz töhfəsini verəcəkdir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 dekabr 2018-ci il.





Baxış sayı: 351

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Dekabr 2018

14 12 2018

14/12/18
2018-ci ilin ən zəif parollarının reytinqi tərtib edilib

Məlumatların mühafizəsi sahəsində ixtisaslaşmış “SplashData” şirkəti 2018-ci ilin 100 ən zəif paroldan 

14/12/18
Dünyada smartfonların satışı azalmağa başlayıb

“IDC” analitik şirkəti 2018-ci il üçün beynəlxalq smartfonlar bazarı üzrə proqnoz dərc edib.  

14/12/18
Nazir Ramin Quluzadə Biləsuvarda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq nəqliyyat, rabitə və yüksək

14/12/18
“Microsoft”un istənilən hesabına müdaxilə etmək üsulu aşkar edilib

Kibertəhlükəsizlik sahəsində mütəxəssis Sahad Nk tərəfindən aşkar edilmiş boşluq hakerlərə “Microsoft

14/12/18
İlk “Opera” mobil blokçeyn brauzeri təqdim olunub

“Opera” şirkəti desentralizasiya edilmiş şəbəkələrdə kriptovalyutalarla iş üçün nəzərdə tutulan 

14/12/18
Yeni virus “Android” sistemli qurğulardan pul oğurlayır

Yeni virus “Android” sisteminin idarəetməsi altında işləyən telefondan pulu saniyələr ərzində oğurlayır

14/12/18
Ulduz yağışı hissini yaradan kosmik aparat icad olunub

Yaponiya elmi tədqiqatçıları ulduz yağışı hissini yaratmağa imkan verən kosmik aparat ixtira ediblər

14/12/18
2019-cu ildə ilk “Huawei” televizoru buraxılacaq

Televizorlar bazarına daxil olmaq qərarına gələn Çinin “Huawei” şirkəti artıq “LCD” panel və “