12px13px15px17px
Tarix:06/12/18

Bu gündən Kubada mobil internet əlçatandır

Kuba sakinləri dekabrın 6-dan etibarən üçüncü nəsil (3G) mobil rabitə texnologiyası üzrə mobil internetə çıxış əldə edəcəklər. Bu haqda Kubanın “ETECSA” dövlət telekommunikasiya müəssisəsinin texnologiyalar və biznes-strategiya üzrə vitse-prezidenti Tanya Velaskes deyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, internetə qoşulma üçün Kuba sakinlərinin “3G” texnologiyasını dəstəkləyən telefona sahib olması kifayətdir.
 
"İnternetə qoşulma prosesi 8 dekabradək tədricən həyata keçiriləcək. Hər bir abunəçiyə xidmətin aktivləşdirilməsini təsdiq edən mesaj göndəriləcək" – Velaskes deyib.
 
O, həmçinin bildirib ki, istifadəçilər üçün müxtəlif trafik həcminə malik bir neçə tarif əlçatan olacaq.
 
Kuba internetin yayılma səviyyəsi aşağı olan ölkələrdən biri olaraq qalır. Hakimiyyətin məlumatına görə, 2017-ci ildə kubalıların təxminən 40%-i internetə çıxış imkanına malik olublar ki, bu da 2010-cu ilin göstəricisini (37%) ötür.
 
Emil Hüseynov





Baxış sayı: 362

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024