12px13px15px17px
Tarix:06/12/18

Bakutel Tech Talks 2018

5 dekabr tarixində saat 14:00-da 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel” Sərgi və Konfransı çərçivəsində Bakutel Tech Talks tədbirinin “Bizimkilər” adlı sessiyası öz işinə başladı. İctimai TV-nın tanınmış aparıcısı Vüsalə Səid Bakutel Tech Talks proqramının açılışını etdi. Sessiyanın adını şərtləndirən amil dünyaca məşhur olan xarici İT şirkətlərində çalışan həmvətənlərimizin spikerlər qismində çıxış etməsi ilə bağlı idi. “Bizimkilər” sessiyasının məqsədi tədbirə toplaşan auditoriyanı nəhəng beynəlxalq İT şirkətlərinin təcrübəsi, eləcə də sənaye yenilikləri və istehsal sirləri ilə tanış etmək idi. Daha sonra “Kompüter obrazlarının tanınması üzrə kompleks təlim” barədə danışmaq üçün söz Zaur Fətəliyevə (Baş mühəndis, LG Electronics, Koreya) verildi. Elçin Əsgərli (Proqram təminatı üzrə mühəndis, Google, ABŞ) “Müasir kompleks proqram təminatı mühəndisliyi” məruzəsi ilə, Maral Qurbanzadə (Tədqiqatçı, “LIACS” İnstitutu ​​(Leyden Kompyuter Elmləri İnstitutu)​, Niderland Krallığı) “Sosial robotlar, onların layihələndirilməsi üzrə təmayüllər, eləcə də sosial robotların qlobal bazara daxil edilməsinin mümkün nəticələri” mövzusu ilə, Tağı Əliyev (Tam ştatlı doktorant, “CERN” (Avropa Nüvə Tədqiqatları Təşkilatı)), “Süni İntellekt Tibbdə və Elmdə: Bilinən bilinməyənlər, süni intellektin məhdudiyyətləri və mümkün gələcəyi”maraqlı çıxışı ediblər. Bu sessiya Rüstəm Həşimovun (Proqram təminatı üzrə baş mühəndis, Facebook, ABŞ) “Onlayn platformalarda individual tövsiyə sistemləri: Müasir dövrdə proqram təminatının işlənib hazırlanması və onun nəticələri üzrə praktiki nümunənin araşdırılması” məruzəsi ilə yekunlaşdı.
 
6 dekabr tarixində saat 11:00-da “Bakutel Tech Talks” proqramı “Baxış bucağınızı bizimlə İT-iləyin” şüarı altında panel müzakirələr ilə davam edəcək. Burada əsas ideya teleradio yayım, nəqliyyat, təhsil və turizm kimi müəyyən sahələrdə tələb olunan İT texnologiyalar və həll variantlarıdır. Tədbirin məqsədi rəqəmsal innovasiyaların istehlakçıları və təchizatçıları arasında dialoq qurmaqdır. Birinci mövzu ilə televiziya texnologiyalarının inkişaf vektorlarına toxunulacaq. Sessiyanın moderatoru qismində AvtoStop layihəsinin müəllifi Tural Yusifov, müzakirələrdə isə KATV1 Yeni Layihələrin Gəlişdirməsi şöbəsinin müdiri Əli Əliyev çıxış edəcək.
 
Daha sonra müzakirələr aşağıdakı spikerlərin iştirakı ilə “Nəqliyyat sahəsində İT texnologiyaları” paneli çərçivəsində aparılacaq: Ramin Bayramov – İnformasiya Təhlili və İnformasiya Texnoloqiyaları Şöbəsinin Müdiri, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Samir Kərimov 189 Taksi Xidmətinin İcraçı direktoru.
 
Növbəti “Təhsil sahəsində İT texnologiyaları” adlı panelin moderatoru Cavid İsmayılovdur. Burada əsas spikerlər: Vüsal Xanlarov – Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi, Araz Yusubov – İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı, ADA, Tatyana Mikayilova – Edutainment.az həmtəsisçi və Anar Məmmədov – Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini.
 
Dördüncü panel “Turizm sahəsində IT texnologiyaları” adlanır, moderator – Nigar Arpadarai – F1 Azerbaijan GP Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, məruzəçilər: İldırım Qəmbərov – Baş direktor müavini, Pasha Travel, Məhəmməd Muradov  – Dövlət Turizm Agentliyinin Turizm Siyasəti şöbəsinin rəhbəri, Rüfət Bağırov – Bakı Turizm İnformasiya Mərkəzinin direktoru.
 
Elə həmin gün, yəni 6 dekabrda saat 15:50-də “Bakutel Tech Talks” öz işini “Startap-dan böyük biznesə” sessiyası ilə davam etdirəcək. Startap və gənc iş adamlarının dəvət olunduğu bu sessiyada təcrübəli məruzəçilər dinləyiciləri istənilən ideyanı reallaşdırmağın mümkün olması xüsusunda əmin etməyə çalışacaqlar. Sessiyanın ilk parlaq çıxışı biznesin qurulması və startapların işə başlaması sahəsində tanınmış ekspert, habelə iri investor və sahibkar, İsraildə bir neçə biznes-akseleratorların və beynəlxalq innovasiya mərkəzlərinin rəhbəri Tala Katranın məruzəsi olacaq. O, həm ən müxtəlif texnologiyalar sahəsində nəhəng yüksək texnoloji şirkətlərin, həm də ilkin mərhələdə olan startapların idarə edilməsi sahəsində böyük təcrübəyə malikdir.
 
Bu sessiyanın maraqlı məruzəçiləri arasında aşağıdakı şəxslər olacaq: Cavid Məmmədov, Sumaks Technologies MMC-nin Direktoru, Fərid Pərdəşünas, “Technote Media və Hotbots Robotics”-nin Təsisçisi, və PictoFy şirkətinin proqram təminatının işlənib hazırlanması üzrə gənc mütəxəssisi - Məqrur Rzayev.
 
Bütün məruzələrin əsas ideyası “startap” sisteminin necə işlədiyinin və ideyadan işlək olan biznesə qədər “startapların” düzgün qurulma qaydalarının izah edilməsidir. Bu sessiya ideyalar tapmaq, yoxlamaq və həyata keçirmək, onlardan qazanc əldə etmək, ideyaların paylaşılmasının əhəmiyyəti və ideyanın oğurlanmadan necə paylaşılacağı barədə məlumat almaq istəyən şəxslər üçün tapıntı olacaq.
Beləliklə, “Bakutel Tech Talks” proqramında sənayenin ən aktual məsələlərinə toxunulacaq və tədbir ideya rəhbərləri ilə müzakirələr üçün müasir təmayüllü platformaya çevriləcəkdir.















Baxış sayı: 90

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Dekabr 2018

19/12/18
“Lenovo” dünyada ilk 12 giqabaytlıq operativ yaddaşlı smartfon təqdim edib

“Lenovo” şirkəti “Lenovo Z5 Pro” smartfon-slayderinin yeni versiyasını təqdim edib. Orta sinfə aid orijinal 

18 12 2018

18/12/18
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

Belçikanın paytaxtı Brüssel şəhərində Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı Panelinin 6-cı toplantısı

18/12/18
“HTC” şirkəti “Desire 12s” smartfonunu təqdim edib

Tayvanın “HTC” şirkəti “Desire” smartfon xəttinə “Desire 12s” modelini əlavə edib.

18/12/18
Yeni “8K OLED” displeyinin piksel sıxlığı bir düym üçün min nöqtəni ötür

“Semiconductor Energy Laboratory” (SEL) şirkəti üzvi işıq diodlar (Organic Light Emitting Diode

18/12/18
“Twitter” istifadəçinin ölkəsini öyrənməyə imkan verən boşluğu aradan qaldırıb

“Twitter” sosial şəbəkəsinin məlumatına görə, əks-əlaqə forması ilə əlaqədar problem aradan qaldırılıb

18/12/18
“5G” şəbəkəsini dəstəkləyən ilk “Samsung” və “LG” smartfonları “MWC 2019” sərgisində nümayiş olunacaq

Cənubi Koreya nəhəngləri “Samsung Electronics” və “LG Electronics” beşinci nəsil mobil rabitə 

18/12/18
Süni insan başı ilə “Android” smartfonlarını blokdan çıxarmaq mümkün olub

“Android” sisteminin idarəetməsi altında işləyən qabaqcıl smartfonlar təhlükəsizlik testindən uğurla keçə 

18/12/18
“Google” bu ilin ən populyar sorğularını açıqlayıb

“Google” axtarış sistemi 2018-ci il üçün bütün dünya istifadəçiləri üzrə ən populyar sorğuları

18/12/18
“Huawei” ön kamerası displeyə qurulmuş “Nova 4” smartfonunu təqdim edib

Çinin “Huawei” şirkəti “Nova 4” smartfonunu təqdim edib. “ICTnews” Elektron Xəbər Xidməti 

18/12/18
“Android” sistemli smartfonların enerjisini boşaldan virus aşkarlanıb

“Sophos” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə tədqiqatçıları “Android” əməliyyat sisteminin