12px13px15px17px
Tarix:07/12/18

“BakuTel 2018” sərgisində iki yeni markalı kitabın təqdimatı keçirilib

“Azərmarka” MMC “BakuTel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında yeniliklərlə çıxış edib.

Bu gün “Azərmarka”nın sərgidəki stendində “Azərbaycan. 1918-2018” və “Mənim Bakım” kitablarının təqdimatı keçirilib.

“Azərbaycan. 1918-2018” marka kitabı bu il ərzində 100 illiyini qeyd etdiyimiz əlamətdar hadisələrə həsr edilib.

“Mənim Bakım” kitabına tanınmış fotoqraf  Sənan Ələskərovun fotoları toplanıb. Kitaba Azərbaycan paytaxtının fərqli rakurslarda çəkilmiş fotoları ilə yanaşı, 4 ədəd poçt bloku da daxil edilib.

Mövzu zənginliyi və nəfis tərtibatı ilə seçilən kitablar ölkəmizin təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.

Təsadüfi deyil ki, sözügedən kitablar sərginin həm yerli, həm də xarici ziyarətçilərinin böyük marağına səbəb olub.

Məlumat üçün bildirək ki, “Azərmarka” MMC-nin stendində Azərbaycan Demokratik Respublikasının yaranması,  Azərbaycan qadınına seçki hüququnun verilməsi, Silahlı Qüvvələrimizin yaranması, Bakının erməni və bolşevik işğalından azad olunması, Dövlət bayrağı, Xalq Cümhuriyyəti Parlamentinin və Azərbaycan poçtunun yaranması kimi hadisələrə həsr olunmuş poçt markaları nümayiş etdirilir. Stenddə, həmçinin, müxtəlif cür filateliya və promo məhsulları təqdim olunur. Nümayişdə fərqli tərtibatlı kəlağayılar, qeyd dəftərləri, maqnitlər, əlfəcinlər, dəftərlər və s.yer alır.

Qeyd edək ki, “Bakutel-2018” sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə  keçirilib.
 





Baxış sayı: 210

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 May 2019

23 05 2019

23/05/19
Səs vasitəsilə məlumatların ötürülməsi texnologiyası hazırlanır

M. A. Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetinin radiorabitə və yayım

23/05/19
“Rəqəmsal iqtisadiyyatın əsası kimi İKT infrastrukturu” mövzusunda beynəlxalq seminar keçirilib

Ukraynanın paytaxtı Kiyevdə Avropa və MDB ölkələrində “Rəqəmsal iqtisadiyyatın əsası kimi İKT infrastrukturu

23/05/19
“WhatsApp” reklam nümayişinə başlamağı planlaşdırır

“WhatsApp” messencerinin sahibi “Facebook” şirkəti reklam nümayiş etdirməklə sözügedən xidmətdən pul qaza

23/05/19
Kiberhücumların 98 faizini aşkarlayan mühafizə sistemi yaradılır

Rusiyanın İnnopolis Universitetinin İnformasiya Təhlükəsizliyi Mərkəzinin alimlər qrupu kiberhücumlardan

23/05/19
“Android” sistemi üçün “Tor” brauzerinin rəsmi versiyası buraxılıb

“Tor Project” qeyri-kommersiya təşkilatı “Android” əməliyyat sistemi üçün “Tor” anonim brau

23/05/19
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin köməkçi sahəsində bir müddət öncə sərnişinlərin ixtiyarına ver

23/05/19
“DDoS”-hücumların sayı 84% yüksəlib

"Kasperski Laboratoriyası" antivirus şirkətinin məlumatına əsasən, 2019-cu ilin birinci rübündə dünyada

23/05/19
"Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") yay mövsümü ilə əlaqədar “Simsiz rabitə” şəbəkəsinin tutumunu artırır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Telefon Rabitəsi” MMC yay mövsümündə Bakı ətrafı 

23/05/19
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Qubad

23/05/19
“Samsung” 5 qat zum xüsusiyyətinə malik smartfon kamerası hazırlayıb

“Samsung Electro-Mechanics” (SEM) şirkəti smartfonlar üçün 5 qat zum xüsusiyyətinə malik fotomodul hazır

23/05/19
Bağlamaların çatdırılması üçün gəzən robotlar yaradılıb

ABŞ-ın “Agility Robotics” startapı bağlamaların çatdırılması üçün “Digit” adlı yeriyən