12px13px15px17px
Tarix:04/01/19

“Android TV” platformalı “Philips 4K” televizorları təqdim ediləcək

Yaxın günlərdə Las-Veqasda keçiriləcək “CES 2019” istehlak elektronikası sərgisində ən yeni “Philips 4K” televizorları nümayiş olunacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, söhbət “Philips 4K UHD Android TV 5704” və “Philips 4K UHD Android TV 5904” seriyalı televizorlardan gedir. Qurğuların adından belə məlum olur ki, onlar “Android TV” (Android 8.0 Oreo əməliyyat sistemi bazasında) platformasının idarəetməsi ilə işləyirlər. “HDR 10” texnologiyasını dəstəkləyən modellərin təsvir ölçüsü 3840 × 2160 piksel təşkil edir.

Bildirilir ki, quraşdırılmış mikrofonlar sayəsində istifadəçilər “Google Assistant” intellektual səsli köməkçi funksiyasından yararlana biləcəklər. Bundan əlavə, “Google Play” əlavələr mağazası və müxtəlif servislərdən istifadə nəzərdə tutulub.

İstehsal seriyalarına 43, 50, 55, 65 və 75 düym diaqonallı modellər daxil olacaq. Bununla yanaşı, “Philips 4K UHD Android TV 5904” seriyası bir sıra əlavə imkanlarla təchiz ediləcək.

Yaxın vaxtlarda satışa çıxarılacaq “Philips 4K UHD Android TV 5704” seriyasına aid televizorların qiyməti 350 dollardan başlayacaq. “Philips 4K UHD Android TV 5904” seriyalı modellərin isə ilin ikinci yarısında satışa çıxarılması planlaşdırılır.

Nizam Nuriyev





Baxış sayı: 238

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 İyun 2019

16 06 2019