12px13px15px17px
Tarix:04/01/19

Şagirdlərin yerini izləyən “ağıllı” məktəbli forması təqdim edilib

Çində yerli məktəblərdə təhlükəsizliyin artırılması məqsədi ilə tətbiq edilmiş “ağıllı” məktəbli forması məktəblilərin yerini izləməyə, dərslərdə yatanları müəyyənləşdirməyə imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, məlumata görə, məktəblilər üçün “ağıllı” forma çiyin hissəsində iki çiplə təchiz edilib. Bu çiplər şagirdlərin məktəbə nə zaman daxil olduğunu və oranı tərk etdiyini izləməyə imkan verir. Bundan başqa, məktəbə girişdə sifətin tanınması texnologiyasından istifadə olunur ki, bu da məktəblinin öz formasını geyinməsinə əmin olmaq üçündür. Beləliklə, kənar şəxs başqa forma ilə təhsil müəssisəsinin ərazisinə daxil ola bilmir.
 
Məlumata görə, məktəbli forması 500 dəfə 150 selsi dərəcəyədək temperaturda yuyula bilər.
 
“Ağıllı” məktəbli forması artıq Çinin Quyçjou əyalətinin 10 məktəbində  istifadə olunur. Jenxuay şəhərinin 11 nömrəli məktəbinin direktorunun sözlərinə görə, 800-dən çox şagird 2016-cı ildən etibarən “ağıllı” məktəbli forması geyinir. Direktor, həmçinin dəqiqləşdirib ki, dərsdənkənar vaxtda məktəblilərin hərəkəti izlənmir.
 
Emil Hüseynov





Baxış sayı: 218

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 İyun 2019

16 06 2019