12px13px15px17px
Tarix:05/01/19

Cib skaneri məhsulların təzəliyini müəyyənləşdirməyə imkan verəcək

Fraunhofer Cəmiyyətinin mühəndisləri tərəfindən yaradılmış cib skaneri infraqırmızı şüalanmanın köməyi ilə anında məhsulların təzəliyini yoxlamağa imkan verəcək. Yeni texnologiya insanlar tərəfindən gündəlik zibilə atılan qida məhsullarının həcmini azaltmağa imkan verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Assosiasiyasının məlumatına görə, dünyada istehsal olunan qida məhsullarının 33%-i atılır. Bu, il ərzində təxminən 1,3 milyard ton deməkdir. İnkişaf etmiş ölkələrdə, zibilə atılmış qida məhsullarının daşınması üzrə illik xərclərin həcmi 680 milyard dollar təşkil edir.
 
 
İnsanların qida məhsullarını zibilliyə atmasının səbəblərindən biri  onların təzə olmasına şübhədir. Əsasını yüksək dəqiqlikli yaxın infra-qırmızı datçik təşkil edən yeni sensor bu problemi qismən həll edəcək. Qidanın üzərinə infraqırmızı şüa düşür və əks olunan işıq infraqırmızı spektr üzrə ölçülür. Qidanın udma spektrini məşhur nümunə ilə müqayisə edən qurğu qidanın təzə olub-olmamasını müəyyənləşdirə bilər.
 
Emil Hüseynov




Baxış sayı: 856

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 İyun 2019

16 06 2019