12px13px15px17px
Tarix:08/01/19

Unikal “LG OLED TV R” televizoru nümayiş olunub

"LG" şirkəti Las-Veqasda keçirilən "Consumer Electronic Show 2019" istehlak elektronikası sərgisi çərçivəsində prototipi ötənilki sərgidə nümayiş olunan unikal "LG OLED TV R" televizorunu təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, bu dəfə Cənubi Koreya istehsalçısı məhsulun cari ilin ikinci rübündə satışa çıxarılacaq final versiyasını nümayiş etdirib.

Məlumata görə, ötən bir il ərzində televizorun konstruksiyası təkmilləşdirilib, eləcə də keyfiyyətli həcmli səsləndirməni təmin edən 100 vatlıq "Dolby Atmos" səsucaldanı əlavə olunub. Televizor altlığın daxilinə yığılaraq yeri boşaltması və ekran lazım olan zaman düyməni basmaqla irəliyə çıxması ilə seçilir.

Bütün yığılma və açılma prosesi səssiz olmaqla bir neçə saniyə ərzində baş verir. Konstruksiyanın möhkəmliyinə gəldikdə, istehsalçı nümayəndələrinin sözlərinə görə, televizor 50 minədək belə dövrəyə dözümlüdür.

Bundan başqa, televizor panelin dörddə üçünü altlığın içində gizlədərək ekranın qalmış hissəsində musiqinin səsləndirilməsi və "ağıllı" qurğuların idarəetməsi üçün menyunu göstərməyə imkan verən maraqlı "Line Mode" rejiminə malikdir.

"WebOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən və "Alexa", "AirPlay 2" və "HomeKit" sistemlərini dəstəkləyən "LG OLED TV R" televizoru "4К" təsvir ölçülü ekran və ikinci nəsil "Alpha 2" prosessoru ilə təchiz edilib.

Qurğunun dəqiq satışa çıxarılma müddəti və qiyməti barədə əlavə məlumat veriləcək.

Nizam Nuriyev
 






Baxış sayı: 198

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Yanvar 2019

22 01 2019

22/01/19
Süni intellektdən istifadə edən şirkətlərin sayı 4 il ərzində 270% yüksəlib

“Gartner”in analitiklərinin məlumatına görə, iş prosesində süni intellektdən istifadə edən şirkətlərin sayı 4 

22/01/19
“Facebook” ucqar rayonlarda internetin təmin edilməsi üçün pilotsuz təyyarələrin sınaqlarını bərpa edib

“Facebook” planetin ucqar rayonlarında interneti təmin etmək üçün günəş batareyası ilə işləyən pilotsuz 

22/01/19
Qan damarlarında hərəkət edən nanorobot yaradılıb

İsveçrə mühəndisləri insanın qan damarları vasitəsilə hərəkət edən nanorobot icad ediblər. Qurğu 

22/01/19
Yeni mobil proqram beyin fəaliyyətini yaxşılaşdırmağa kömək edəcək

Böyük Britaniya alimlərinin yaratdığı “Decoder” mobil əlavəsi konsentrasiya qabiliyyətini artırmağa 

22/01/19
Bu “ağıllı” saat elektrokardioqrama ritmlərinə nəzarət edəcək

“Alphabet”  şirkətinin sağlamlıq bölməsinin əsas fəaliyyət istiqamətlərindən biri “Study Watch” adlı “ağıllı

22/01/19
“Google” şirkəti 50 milyon avro cərimələnib

Fransa Milli İnformasiya və Vətəndaş Azadlığı Komissiyası (CNIL) “Google” şirkətini ötən ilin 

22/01/19
Xərçəng xəstəliyinə qarşı “ağıllı” həblər yaradılacaq

“Proteus” startapı kiçikölçülü sensorlarla təchiz edilmiş "ağıllı həb" istehsalçısı kimi tan

22/01/19
“WhatsApp” istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq edilib

“WhatsApp” messencerində eyni məlumatı beş dəfədən çox göndərmək imkanı məhdudlaşdırılıb