12px13px15px17px
Tarix:09/01/19

“Intel Athena” layihəsi “5G” və süni intellektli noutbukların yaradılmasına kömək edəcək

“Intel” şirkəti “CES 2019” sərgisində məqsədi fərdi kompüter istehsalçılarını yeni mütərəqqi sinifli noutbukların buraxılışına sövq etmək olan yeni proqramın istifadəyə verilməsini açıqlayıb. “Athena” adlı layihə çərçivəsində şirkət bazarda “5G” texnologiyasını və süni intellekti dəstəkləyən mobil fərdi kompüterləri inkişaf etdirmək niyyətindədir.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, təqdimatda verilən məlumata görə, proqram yeni mühitin yaradılması və süni intellekt və “5G” daxil olmaqla növbəti nəsil texnologiyaların effektiv istifadəsi üçün nəzərdə tutulub.

Bildirilir ki, “Intel” şirkəti “Athena” layihəsi çərçivəsində bir sıra məqsədlər güdür. “5G” və süni intellekt bu sırada birinci olsa da, istehsalçı noutbukun qapağının açılması və sistemin tam işə salınması arasında vaxtı minimallaşdırmaq niyyətindədir. Bundan başqa, gün ərzində batareya ilə iş vaxtı, qurğuların transformasiya edilən formatları, yüksək məhsuldarlıq məqsədlər siyahısına daxildir.

Şirkət nümayəndələrinin sözlərinə görə, “Athena” layihəsinin sertifikasiyasına uyğun ilk qurğular 2019-cu ilin ikinci yarısında satışa çıxarılacaq. Layihə çərçivəsində “Acer”, “ASUS”, “Dell”, “Google”, “HP”, “Innolux”, “Lenovo”, “Microsoft”, “Samsung” və “Sharp” kimi istehsalçılar artıq “Intel” ilə əməkdaşlığa başlayıb. Qurğuların həm “Windows”, həm də “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi gözlənilir.

Nizam Nuriyev





Baxış sayı: 285

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024