12px13px15px17px
Tarix:09/01/19

“CES 2019” sərgisində elastik klaviatura nümayiş etdirilib

“CES 2019” beynəlxalq elektronika sərgisində “LG” şirkətinin elastik televizorundan başqa, elastik ekranlardan istifadə üzrə başqa variantlar da təqdim edilib. Məsələn, bükülən ekranla təchiz edilmiş cihazların istehsalı üzrə ixtisaslaşmış Çinin “Royole” startapı açılıb-yığılan klaviatura təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, kiçikölçülü metal borunun içərisindən açılan elastik klaviatura üzərində hərflər olan şəffaf plyonka formasındadır. Bu cihazı “Bluetooth” texnologiyası üzrə smartfon, planşet və ya kompüterə qoşaraq mətn çap etmək  mümkündür. Daxili akkumulyator bir neçə aylıq avtonom işləmək üçün kifayət edir. Çap etdikdən sonra korpusdakı xüsusi düymənin üzərinə 2 dəfə sıxmaq kifayətdir ki, klaviatura öz-özünə metal borunun içərisinə yığılsın.
 
Emil Hüseynov





Baxış sayı: 2

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Avqust 2019

19/08/19
Dünyada ilk dəfə depressiyanı müalicə edən cihaz satışa çıxarılıb

“Flow” şirkəti depressiyanın ev şəraitində müalicə edən cihazın satışına başlayıb. Sözügedən cihaz beyin

19/08/19
Yeni ekzoskelet yerimə və qaçışı asanlaşdıracaq

ABŞ və Cənubi Koreya beynəlxalq alimlər qrupu eyni anda insanın həm yerimə, həm də qaçış zamanı enerji sə

19/08/19
Qətərin paytaxtında qeyri-adi yol istifadəyə verilib

Doha şəhərinin hakimiyyəti Yapon şirkəti ilə birgə pilot layihə həyata keçirir: mərkəzi küçələrdən biri m

19/08/19
Robot it komandalara reaksiya verir

ABŞ-ın Florida Atlantik Universitetinin alimləri dərin təlim və süni intellekt texnologiyası vasitəsilə “

18 08 2019