12px13px15px17px
Tarix:11/01/19

İlk terabaytlıq SD yaddaş kartı təqdim edilib

“Lexar” şirkəti ilk 1 TB-lıq “SD” yaddaş kartını təqdim edib. Kart ilkin sifariş üçün əlçatandır və onun qiyməti 399 dollar təşkil edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, “Secure Digital” (SD) hazırda ən yığcam yaddaş kartı olmasa da, öz populyarlığını qoruyub saxlayır və fotoaparat, videokamera, dron və sairə kimi qurğularda istifadə edilir.
 
“Lexar” şirkəti tərəfindən təqdim edilmiş “SD” kartı “UHS-I” məlumat mübadiləsi protokolunu dəstəkləyir, “U3” və “V30” sürət kateqoriyaları üçün sertifikatlaşdırılıb. Bu o deməkdir, yeni yaddaş kartı saniyədə 30 meqabayt yazma sürətini dəstəkləyir. Həmçinin istehsalçı iddia edir ki, sınaqlar zamanı saniyədə 95 MB-dək yazma sürəti qeydə alınıb. Ümumilikdə saniyədə 30 meqabayt sürət 4K təsvir ölçülü videonun çəkilişi  üçün kifayətdir.
 
Emil Hüseynov





Baxış sayı: 492

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024