12px13px15px17px
Tarix:11/01/19

Dronlar üçün paraşütə beynəlxalq sertifikat verilib

“ASTM” qeyri-kommersiya təşkilatı pilotsuz uçan aparatlar üçün “Indemnis Nexus” paraşüt sistemini beynəlxalq standart qismində təsdiq edib. Sertifikatlaşdırma insanların kütləvi toplaşdıqları yerlərdə multikopterdən aparılan aeroçəkilişləri daha təhlükəsiz etməyə kömək edəcək, eləcə də idarəetmənin itirilməsi zamanı bahalı aparatı sınmadan qorumağa imkan verəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, ABŞ-ın “Indemnis” şirkəti və aparıcı pilotsuz uçan aparat istehsalçısı “DJI” 2017-ci ildə gözlənilməz vəziyyət (sərbəst düşmə və ya kritik eniş anında) yaranan zaman dərhal açıla bilən sənaye standartı və paraşüt sisteminin hazırlanması ilə məşğul olmağa başlayıb. Birgə fəaliyyət 30 millisaniyə ərzində təxminən 140 km/saat sürətlə avtomatik açılan “Nexus” ballistik paraşütünün yaradılması ilə nəticələnib.   

Bildirilir ki, əksər ölkələrdə kiçik uçan aparatların insanlar üzərində buraxılışı (qurğunun sıradan çıxması, insanların üzərinə düşərək onları zədələməsi təhlükəsinə görə) qadağan edilib. Məsələn, ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən insanların kütləvi toplaşdıqları yerlərdə uçuş qadağan olunub.

İstisnanı yalnız peşəkar operatorun təhlükəsiz idarəetmə üçün lazımi tədbirlərin görülməsini sübut etməsi ilə bağlı hallar təşkil edir. Beynəlxalq standart sayəsində tənzimləyici orqanları uçuşun təhlükəsiz olmasına inandırmaq daha asan olacaq.

Nizam Nuriyev
 


Indemnis ASTM Testing from Indemnis on Vimeo.





Baxış sayı: 208

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Mart 2019

23 03 2019