12px13px15px17px
Tarix:12/01/19

Ötən il fərdi kompüterlər bazarında lider kim olub?

"Gartner" analitik şirkəti 2018-ci ilin dördüncü rübü və il üzrə hazır fərdi kompüterlər bazarının yekunlarını açıqlayıb. Rüb ərzində 68,6 milyon fərdi kompüter tədarük edilib ki, bu da 2017-ci ilin müvafiq dövründən 4,3 faiz çoxdur. İl ərzində fərdi kompüterlərin tədarük həcmi 259,4 milyon ədədi ötüb. Bu, 2017-ci ilin göstəricisini 1,3 faiz üstələyir.

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, şirkət analitiklərinin sözlərinə görə, 2018-ci ildə sahəyə iki əsas tendensiya təsir edib: prosessor çatışmazlığı və ABŞ və Çin arasında ticarət müharibəsi. Bundan başqa, analitiklər qeyd edib ki, mövsümi satışlar daha fərdi kompüterlərə istehlak tələbatı üçün əsas stimulyator rolunu oynamır.

İlin yekunları üzrə dünya fərdi kompüterlər bazarında lider il ərzində payı 20,8 faizdən 22,5 faizədək artan "Lenovo" şirkətidir. İkinci pillədə payı 21 faizdən 21,7 faizədək yüksələn "HP" qərarlaşıb. Əsas tədarükçülər üçlüyünü "Dell" şirkəti tamamlayıb. Bu şirkətin payında da ötən illə müqayisədə artım (15,1 faizdən 16,2 faizədək) müşahidə olunub. Maraqlıdır ki, ümumi payı 60 faizi üstələyən bu şirkətlər sahə üzrə tendensiyaların əksinə olaraq il ərzində satış həcmini artıra biliblər.

Digər iri iştirakçıların payında isə azalma qeydə alınıb. Belə ki, dördüncü yeri tutan "Apple" şirkətinin payı 7,2 faizdən 6,9 faizədək, beşinci pillədə yer alan "Acer Group" şirkətinin 6,5 faizdən 6,1 faizədək azalıb. Bir il əvvəl payı 6,8 faiz təşkil edən "Asus" şirkəti 2018-ci ilin yekunlarına görə 6 faizlə kifayətlənib. Digər əsas istehsalçıların ümumi payı isə 22,5 faizdən 20,6 faizədək aşağı düşüb.

Nizam Nuriyev





Baxış sayı: 3

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Avqust 2019

19/08/19
Dünyada ilk dəfə depressiyanı müalicə edən cihaz satışa çıxarılıb

“Flow” şirkəti depressiyanın ev şəraitində müalicə edən cihazın satışına başlayıb. Sözügedən cihaz beyin

19/08/19
Yeni ekzoskelet yerimə və qaçışı asanlaşdıracaq

ABŞ və Cənubi Koreya beynəlxalq alimlər qrupu eyni anda insanın həm yerimə, həm də qaçış zamanı enerji sə

19/08/19
Qətərin paytaxtında qeyri-adi yol istifadəyə verilib

Doha şəhərinin hakimiyyəti Yapon şirkəti ilə birgə pilot layihə həyata keçirir: mərkəzi küçələrdən biri m

19/08/19
Robot it komandalara reaksiya verir

ABŞ-ın Florida Atlantik Universitetinin alimləri dərin təlim və süni intellekt texnologiyası vasitəsilə “

18 08 2019