12px13px15px17px
Tarix:16/01/19

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlarının ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı hazırlığı barədə məlumat

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16-18 yanvar tarixinə proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar nazirliyin tabeliyindəki qurumların rəhbərləri ilə görüş keçirib. Nazirin rəhbərliyi ilə operativ qərargah yaradılıb.
 
Əhalinin nəqliyyat, telekommunikasiya, poçt, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə fasiləsiz şəkildə təmin edilməsinə dair müəssisə rəhbərlərinə tapşırıqlar verilib.
 
Nəqliyyat və rabitə obyektlərinin mühafizəsinin və yanğın təhlükəsizliyinin, eləcə də açıq havada işləyən işçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq tədbirlər görülməsi barədə göstəriş verilib.
 
Qəza xidmət briqadaları hazırlıq vəziyyətinə gətirilib və növbətçi hissələr təşkil edilib.





Baxış sayı: 314

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024