12px13px15px17px
Tarix:17/01/19

Kompüter oyunları üçün ilk taktiki monitor təqdim edilib

“Gigabyte” şirkəti dünyada ilk “Aorus AD27QD” taktiki monitorunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin fikrincə, monitorun malik olduğu eksklüziv funksiyalar oyun zamanı istifadəçilərə onların düşmənləri üzərində taktiki üstünlük verir.   

Məlumata görə, monitorda 144 QHs tezlik yenilənməsini dəstəkləyən “QHD” (2560 x 1440 piksel) təsvir ölçülü IPS paneldən istifadə olunub. Baxış bucaqları 178° təşkil edən qurğunun ekranı “DCI-P3” rəng aralığının 95 faizini əhatə edir. Parlaqlıq 350 kandel kvadratmetr (kd/m2), kontrastlıq isə 1000:1 təşkil edir. “VESA DisplayHDR 400” standartının tələblərinə uyğun olan monitor “AMD Radeon FreeSync” adaptiv sinxronlaşdırma texnologiyasını dəstəkləyir.

İstehsalçı tərəfindən mikrofonun monitora qoşulması zamanı səsli rabitənin keyfiyyətini artıran səs-küyün azaldılması funksiyası xüsusi qeyd olunur.

Bundan başqa, təsviri eyni anda iki mənbədən göstərməyə imkan verən “PIP” və “PBP” rejimləri və sürətli enerjidoldurmaya (5 В, 1,5 А) malik “USB” çıxışı dəstəklənir. Qurğu iki “HDMI 2.0” portu, bir “Display port 1.2” çıxışı və iki “USB 3.0” portu, eləcə də qulaqcıq və mikrofonlar üçün çıxışlarla təchiz edilib.

Nizam Nuriyev





Baxış sayı: 312

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024