12px13px15px17px
Tarix:12/02/19

Ölkəmiz “Rəqəmli Bazarların Harmonizasiyası” üzrə beynəlxalq tədbirdə təmsil olunub

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Brüsseldə Platforma 2 "İqtisadi inkişaf və bazar imkanları" adlı "Rəqəmli Bazarların Harmonizasiyası" üzrə 4-cü panel keçirilib.

İclasda yeni istifadəyə verilmiş "EU4Digital" layihəsi müzakirə edilib və "EU4Digital Networks" koordinatorları görülən işlər, eləcə də, gələcək  planlar  barədə məlumat verib.

Tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Respublikası  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Elektron İdarəçilik və İnformasiya Cəmiyyətinin İnnovativ İnkişafı şöbəsinin müdiri Rəşad Əzizov çıxışında dövlət siyasətinin bir hissəsi kimi, Azərbaycanda xidmət sektorlarında rəqəmsallaşdırmanın səviyyəsinin yüksəldilməsi üçün bir çox işlər görüldüyünü diqqətə çatdırıb. O bildirib ki, cəmiyyət, sahibkarlar və dövlət qurumları arasında koordinasiyanın təmin edilməsi, bu münasibətlər əsasında ictimai xidmətlərin çeşidinin, keyfiyyətinin və əhatə dairəsinin genişləndirilməsi, həmçinin nağdsız ödəmə mühitinin təkmilləşdirilməsi, elektron hökumətin formalaşdırılması üçün yeni ideyaların dəstəklənməsi, "elektron imza", həmçinin, telekommunikasiya infrastrukturunun inkişafı istiqamətində islahatlar aparılır.

R.Əzizov, həmçinin qeyd edib ki, Azərbaycanda rəqəmli iqtisadiyyata keçid qeyri-neft sektorunda istehsal olunan əlavə dəyərin artırılmasını nəzərdə tutur. Bunun üçün hesablama infrastrukturu və insan resurslarının inkişafı diqqət mərkəzindədir. Bu baxımdan nazirliyin son üç ildə fəaliyyəti və islahatları İKT ekosisteminin inkişafına yönəlib.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Regional İnnovativ Texnologiyalar Akademiyasının rəhbər şəxsləri də iştirak edib.
İclas müxtəlif panellər üzrə müzakirələrlə öz işini davam etdirib.

Şərq Tərəfdaşlığı ölkələrində rəqəmli iqtisadiyyat və vətəndaş cəmiyyəti göstəricisi (DESI) üzrə tədqiqatın yekun nəticələri və tövsiyələri təqdim edilərək müzakirələr aparılıb.

Şərq Tərəfdaşlığı ölkələrində kibertəhlükələrə qarşı dayanıqlılıq üzrə yeni regional proqram, Şərq Tərəfdaşlığı ölkələrində regional rouminq sazişi istiqamətində yol xəritəsi ətrafında da fikir mübadiləsi aparılıb.

Bundan başqa, rəqəmli iqtisadiyyat üzrə 3-cü Şərq Tərəfdaşlığı ölkələrinin nazirləri səviyyəsində toplantının bəyannamə layihəsi müzakirəyə çıxarılıb.













Baxış sayı: 340

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Sentyabr 2019

19 09 2019

19/09/19
70 düymlük yeni “Xiaomi” televizorunun qiyməti cəlbedicidir

“Xiaomi” şirkəti 70 düym diaqonallı “Xiaomi Mi TV 4A” televizorunu təqdim edib

19/09/19
Alimlər: “Kosmik liftin yaradılması mümkündür”

Beynəlxalq alimlər qrupu müasir texnologiyalar vasitəsilə kosmik lift növlərindən

19/09/19
“Samsung” böyük tutumlu batareyaya malik ucuz “M30s” smartfonunu təqdim edib

“Samsung” şirkəti “Galaxy M30s” adlı ucuz smartfonunu 

19/09/19
“Airbus” təyyarələr üçün “ağıllı” salon nümayiş etdirib

“Airbus” şirkəti “Connected Experience” adlı “ağıllı” sərnişin salonu təqdim edib

19/09/19
“Facebook” universal artırılmış reallıq eynəyi hazırlayır

“Facebook”un mütəxəssisləri “Orion” kod adına malik yeni cihaz üzərində işləyirlər

19/09/19
Ən sürətli süni intellekt klasteri təqdim olunub

“Huawei” şirkəti Şanxayda keçirilən “HUAWEI Connect 2019” konfransı çərçivəsində “Atlas 900”