12px13px15px17px
Tarix:30/04/19

Xəstəyə ilk dəfə dronun çatdırdığı donor orqanı köçürülüb (VİDEO)

Merilend Universitetinin tədqiqatçıları dünyada ilk dəfə insan orqanının çatdırılması üçün pilotsuz uçan aparatdan istifadə ediblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, məlumata görə, dron donor böyrəyini aprelin 19-da Baltimorda Merilend Universitetinin Tibb Mərkəzinə çatdırıb. Uçuş müddəti barədə məlumat verilməsə də, universitet əməkdaşları tərəfindən hazırlanan xüsusi konteynerdə olan böyrək təhlükəsiz çatdırıldıqdan sonra həkimlər onu 8 il əməliyyat gözləyən 44 yaşlı xəstəyə köçürüblər. Əməliyyat uğurla başa çatıb və qadın aprelin 15-də xəstəxanadan evə buraxılıb.

 

Qeyd edək ki, donor orqanlarının operativ çatdırılması transplantasiya üzrə uğurlu əməliyyatın təminində böyük əhəmiyyət kəsb edir. Statistikaya görə, yolda müxtəlif hadisələr və yubanmalarla əlaqədar orqanların 1,5 faizi köçürülmə üçün yararsız hala düşür. Dronlardan istifadə isə orqanların çatdırılmasını sürətləndirə və bu göstəricini azalda bilər.

 

Nizam Nuriyev

 





Baxış sayı: 611

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024