12px13px15px17px
Tarix:08/05/19

NRYTN-in həmtəşkilatçılığı ilə keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

 

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək bu müsabiqənin müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli ömür yolunun və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi məqsədilə keçirilən kütləvi və mühüm tədbirlərdən biri olduğunu söyləyib, müsabiqənin qaliblərini təbrik edərək onlara uğurlar arzulayıb.

 

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu gün ölkədə təhsilin inkişafına əhəmiyyətli yer verilməsi, bu sahədə genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanın uğurlu gələcəyinin təminatına xidmət göstərir.

 

"Ən yaxşı təqdimat" müsabiqəsinin əhəmiyyətini qeyd edən Əli Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb. Qeyd edib ki, bu müsabiqə ulu öndər Heydər Əliyevin zəngin irsinin mənimsənilməsi, gənclərin dövlətçilik məfkurəsinin formalaşması baxımından əhəmiyyətli rol oynayır.

 

Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək müsabiqənin gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini bildirib. O, müsabiqə iştirakçılarının komitə tərəfindən mükafatlandırılacağını deyib.

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ənənəyə çevrilən bu müsabiqənin gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmətlə yanaşmasında xüsusi rol oynadığını qeyd edib. Elmir Vəlizadə ölkəmizdə gənclərin inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayıb.

 

"Ən yaxşı təqdimat" müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər birinci, 11 nəfər ikinci, 18 nəfər üçüncü dərəcəli diplomla, 27 nəfər isə tərifnamə ilə təltif olunub.

 

Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

 

 

 

 

 

 

 

 







Baxış sayı: 53

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Noyabr 2019

15 11 2019

15/11/19
Avtomatlaşdırma nəticəsində 2035-ci ilədək 800 milyon iş yeri azalacaq

“Bank of America Merrill Lynch”un analitikləri iddia edirlər ki, iş yerlərinin azalması prosesi yalnız sü

15/11/19
“Wikipedia”nın yaradıcısı “Facebook” şəbəkəsinə rəqib platforma istifadəyə verib

“Wikipedia” xidmətinin həmtəsisçisi Cimmi Uels “Facebook” və “Twitter”ə potensial rəqib olacaq

15/11/19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər

15/11/19
Batareyasız və elektrodsuz işləyən “ağıllı” dəri hazırlanıb

Səudiyyə Ərəbistanında Kral Abdulla adına Elm və Texnologiyalar Universitetinin mühəndisləri tərəfindən h

15/11/19
ABŞ məhkəməsi sərhəddə elektron qurğuların səbəbsiz yoxlanılmasını qadağan edib

Boston Federal Məhkəməsi ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşlarının ölkə sərhədini keçən şəxslərin el

15/11/19
Avstriya əks-kəşfiyyatında istifadə edilən “Kasperski laboratoriyası” proqramlarında boşluqlar aşkarlanıb

Avstriya əks-kəşfiyyatının Rusiyanın “Kasperski laboratoriyası” şirkətinin antivirus proqramlarından isti

15/11/19
Yenilənmiş “WhatsApp” smartfonların şarjını sürətlə azaldır

“Xiaomi”, “Samsung”, “Google” və “OnePlus” smartfonlarının bəzi modellərinin şarjı “WhatsA

15/11/19
Avropa Şurası insan hüquqlarının süni intellektin mənfi təsirindən müdafiəsi üzrə tövsiyələr təqdim edib

Avropa Şurasının Ekspert Komitəsi insan hüquqlarının süni intellektin mənfi təsirindən müdafiəsi üzrə töv

15/11/19
“Instagram” bütün dünyada laykların sayını gizlətməyə başlayıb

Bu gündən etibarən postların altında laykların sayı “Instagram” istifadəçilərinə göstərilməyəcək. Bu haqd