12px13px15px17px
Tarix:08/05/19

Dünyada ən sürətli superkompüter hazırlanır

“AMD” şirkəti dünyada ən sürətli superkompüter hazırlanması üzərində işlərə başlayıb. “Frontier” adlı sistem “Cray” server istehsalçısı, ABŞ-ın Energetika Nazirliyi və “Oak Ridge” Milli Laboratoriyası tərəfindən birgə işlənib hazırlanır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Frontier” superkompüterinin gözlənilən məhsuldarlığı 1,5 ekzaflops təşkil edir. Bu o deməkdir ki, superkompüter bir saniyə ərzində təxminən 1 500 000 000 000 000 000 əməliyyat emal edə biləcək. Məhsuldar hesablamalar və süni intellekt üçün optimallaşdırılmış “AMD EPYC” sifarişli prosessorları və “Radeon Instinct” ixtisaslaşdırılmış qrafik prosessorları istifadə olunacaq.

 

“Frontier” superkompüterini 2021-ci ildə istifadəyə vermək planlaşdırılır.

 

Emil Hüseynov





Baxış sayı: 544

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024