12px13px15px17px
Tarix:10/05/19

Real TV-nin yerüstü yayımına başlanılıb

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) 23 aprel 2019-cu il tarixli qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya yayımı üçün lisenziya verilib.

Sözügedən qərara uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) respublika ərazisində fəaliyyət göstərən radio-televiziya yayım stansiyaları vasitəsilə, o cümlədən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 48-ci TV kanalda SD, 37-ci TV kanalda isə HD formatında Real TV proqramının DVB-T standartında yerüstü yayımına başlanılıb.

Buna qədər isə MTRŞ-in müvafiq qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə ixtisaslaşmış proqram kimi peyk yayımı üçün müddətsiz lisenziya verilmiş və bunun əsasında Teleradio İB-nin Bakı Teleqüllə Kompleksinin yerüstü peyk stansiyası üzərindən ötürülməklə, Real TV proqramının 11135 MHs tezlikdə "Azerspace-1" peykindən SD formatlı yayımı təmin olunmuşdu.

Hazırda Teleradio İB tərəfindən Real TV proqramının paralel olaraq yerüstü, peyk və İPTV üzərindən yayımı aparılır.





Baxış sayı: 502

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024