12px13px15px17px
Tarix:14/05/19

“macOS” istifadəçiləri təhlükə qarşısındadır

"Doktor Veb" antivirus istehsalçısı "macOS" əməliyyat sisteminin istifadəçiləri üçün təhlükə yaradan zərərverici proqram təminatı haqda məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Mac.BackDoor.Siggen.20" virusu kənar serverdən "Python" proqramlaşdırma dilində yazılmış zərərverici kodu yükləməyə və onu icra etməyə imkan verir. Bundan başqa, bu zərərverici proqram təminatını yayan saytlar, həmçinin "Windows" əməliyyat sistemi istifadəçilərini təhlükəli casus troyan virusu ilə yoluxdurur.

 

Bekdor saytlar vasitəsilə qurğulara düşür. Belə bir resurs mövcud olmayan insanın portfoliosundan ibarət sayt-vizitka kimi tərtib edilib.

 

"macOS" sistemli qurğular "Mac.BackDoor.Siggen.20", "Windows" əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular isə "BackDoor.Wirenet.517" (NetWire) virusuna yoluxur.

 

Emil Hüseynov





Baxış sayı: 540

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024