12px13px15px17px
Tarix:14/05/19

Yeni “Lenovo” noutbuku böyük planşetə çevrilir

"Lenovo" şirkəti böyük elastik displeylə təchiz edilən ilk noutbuk nümayiş etdirib. Standart noutbuk rejimində ekranın yarısı klaviaturanı əvəzləyir, tam açılmış vəziyyətdə isə qurğu böyük planşetə çevrilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, "Lenovo ThinkPad X1" istehsal xəttinə aid olacaq noutbuk hazırda prototip mərhələsindədir. 2020-ci ildə satışa çıxarılması planlaşdırılan yeni qurğunun qiyməti barədə məlumat verilmir.

 

Məlumata görə, noutbuk "LG" şirkətinin istehsalı olan 1920 x 1440 pikselli 13,3 düym diaqonallı elastik "OLED" ekranla təchiz edilib. Bir müddət əvvəl ikiekranlı noutbukları sınaqdan keçirən Çin istehsalçısı elastik displeydən ilk dəfə istifadə edib. Qurğunun tam texniki xüsusiyyətləri hələ ki açıqlanmır.

 

Prototiplə tanış olan jurnalistlərin fikrincə, ekranın tərəflərinin nisbəti 4:3 təşkil edir və açılmış noutbuk vəziyyətində istifadəçi 9,6 düym diaqonallı ekranla (yuxarı hissə) təmin olunur. Çəkisi 900 qrama bərabər qurğu iki "USB Type-C" portu, stereodinamik və "Windows Hello" infraqırmızı kamerası ilə təchiz olunub.

 

Nizam Nuriyev

 

 





Baxış sayı: 489

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024