12px13px15px17px
Tarix:15/05/19

Çində ilk “5G” küçə fənəri quraşdırılıb

Çinin mərkəzi Hubey əyalətinin paytaxtı Uxan şəhərində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk “ağıllı” küçə fənəri quraşdırılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Regnum” resursuna istinadən yazır ki, ilk baxışdan adi fənəri xatırladan qurğunun daxilində kamera, maye-kristal ekran, işıq lampaları və “5G” baza stansiyası yerləşdirilib.

 

Məlumata görə, fənər baza radiostansiyası ilə yanaşı, “ağıllı” şəhərin əsasını təşkil edəcək “5G” şəbəkələri vasitəsilə istifadəyə imkan verən bir sıra “ağıllı” funksiyalara malikdir.

 

Belə küçə işıqlandırması perspektivdə yerli sakinlərə küçəni işıqlandırmaqla yanaşı, smartfonlar vasitəsilə yüksək keyfiyyətli video, eləcə də əlavə reallıq texnologiyalarından yararlanmağa imkan verəcək.

 

Çinin “China Mobile” mobil rabitə və telekommunikasiya şirkəti yerli hakimiyyətlə birgə bu ilin yanvarında Uxan şəhərinin Tsyanxan ərazisində pilot rejimdə “5G” rabitə sistemlərini istifadəyə verməyə başlayıb. Şəhərdə “5G” sistemlərinin kommersiya istifadəsinə verilməsinin oktyabrda başa çatacağı gözlənilir.

 

Bundan əlavə, Pekinin İçjuan texniki-iqtisadi zonasının 2019-cu ilin sonunadək “5G” şəbəkəsi ilə əhatə olunması nəzərdə tutulur.

 

Nizam Nuriyev





Baxış sayı: 626

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024