12px13px15px17px
Tarix:21/05/19

Mühəndislər tamamilə özü öyrənən neyron şəbəkəsinə malik ilk robot təqdim ediblər

Lobaçevski adına Nijeqorod Dövlət Universitetinin alimləri neyron şəbəkəsi sayəsində tamamilə özü öyrənən robot hazırlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, özü öyrənən robotun əsasını ultrasəs texnologiyası əsasında işləyən məsafə datçikləri və toxunuş datçiklərindən ibarət həssas bamperlər təşkil edir. Sözügedən datçiklər robota sağ və sol tərəflərdən olan maneələri hiss etməyə imkan verir, sensor neyronların aktivliyi isə bu datçiklərin aktivliyindən birbaşa asılıdır.

 

Təlim prosesi insanın öyrənməsinə oxşayır – irəlidə maneə olması barədə datçiklərdən informasiya alan robot onu keçmək üsullarını axtarıb tapmağa çalışır. İlk uğurlu cəhddən sonra robot bu alqoritmi düzgün kimi qeydə alır və ondan növbəti toqquşmaların qarşısının alınması üçün istifadə edir.

 

Emil Hüseynov





Baxış sayı: 565

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024