12px13px15px17px
Tarix:24/05/19

Dünyada ilk rəqəmli çevirici təqdim olunub

Bu həftə dünyada "Atom Power" şirkətinin mütəxəssisləri tərəfindən kommersiya istifadəsi üçün hazırlanmış ilk və hələ ki yeganə rəqəmli avtomatik çevirici sertifikatlaşdırılıb. Yeni cərəyankəsicinin sürəti mexaniki analoqla müqayisədə 3000 dəfə daha sürətlidir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "techcult.ru" saytına istinadən yazır ki, şirkətin mütəxəssisləri çoxsaylı ayrı mənbədən daxil olan enerji axınlarını idarə etmək üçün yarımkeçirici və proqram təminatından istifadə olunan rəqəmli çeviricilər infrastrukturu işləyib hazırlayıblar. Müasir rəqəmli platforma daxil olan axınları bir intellektual qurğuda birləşdirir və vəziyyətdən asılı olaraq onları idarə edir.

 

Enerji istehlakının idarəetməsi üzrə çatışmazlıqlar ildə on minlərlə qəzaya səbəb olur. Rəqəmli çeviricilər yüksək təhlükəsizlik səviyyəsi təmin etməklə 100.000 A/san-də nəhəng elektrik axınının öhdəsindən gəlmək gücündədir.

 

Emil Hüseynov





Baxış sayı: 529

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024