12px13px15px17px
Tarix:04/06/19

Afrika İttifaqı və “Huawei” arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb

Afrika İttifaqı və “Huawei” telekommunikasiya şirkəti arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Saziş “5G” şəbəkəsi, “Əşyalar interneti” (IoT), genişzolaqlı internet, süni intellekt, “bulud” hesablamaları və s. sahələrdə əməkdaşlığı nəzərdə tutur. Həmçinin əməkdaşlıq Afrika İttifaqına daxil olan ölkələrin informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişafına xidmət edəcək.  

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qarşılıqlı anlaşma haqqında memorandum “Huawei” və Afrika İttifaqı ölkələri arasında daha sıx əməkdaşlığın qurulmasına yönəlib. Bundan əlavə, imzalanan sazişlər çərçivəsində İKT sahəsində bilik və bacarıqlar əldə edəcək, eləcə də gələcəkdə işə qəbul olunacaq yerli istedadlı gənclər cəlb ediləcək.

Statistik məlumatlara görə, 2020-ci ilədək təxminən 660 milyon afrikalı mütəmadi smartfondan istifadəyə başlayacaq, 2023-cü ilədək isə region daxilində bu kateqoriyalı qurğuların nüfuzetmə səviyyəsi 50 faiz təşkil edəcək.

ABŞ hökumətinin sanksiyalarına baxmayaraq dünyanın əksər, o cümlədən inkişaf etməkdə olan regionları “Huawei” avadanlığından istifadəyə üstünlük verir. Bu isə təəccüblü deyil, çünki Çin istehsalçısı ABŞ analoqları ilə müqayisədə daha ucuz avadanlıq təklif edir. “Huawei” və Afrika İttifaqı ölkələri arasında gələcək əməkdaşlıq tərəflər üçün faydalı olacaq. Belə ki, “Huawei” şirkəti texnologiya və avadanlığını tətbiq edəcək, region isə müasir texnologiyaların inkişafını davam etdirəcək.

Nizam Nuriyev





Baxış sayı: 270

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 İyul 2019

22/07/19
“Xiaomi” şirkəti 500 ən böyük şirkət sırasında yer alıb

“Fortune” nəşrinin versiyasına görə, Çinin smartfon və başqa istehlak elektronikası istehsalçısı olan “Xiao

22/07/19
Korporativ sektor “Windows 10” sisteminə keçir

Kibertəhlükəsizlik texnologiyaları üzrə ixtisaslaşmış “Duo Security” şirkəti korporativ sektorda “Windows

22/07/19
“5G” şəbəkəsinin tətbiqi mobil telefonların dinlənilməsini çətinləşdirəcək

“5G” texnologiyasının istifadəyə verilməsi hüquq-mühafizə orqanlarının cinayətkarların mobil telefonların

22/07/19
“Toyota” elektromobili olimpiada iştirakçılarına xidmət göstərəcək

2020-ci ildə Yay Olimpiya və Paralimpiya oyunları dünyanın texnoloji baxımdan ən inkişaf etmiş ölkəsi – Y

22/07/19
Yeni virtual reallıq əlcəyi virtual obyektlərə toxunur

Koreya Elm və Texnologiyalar İnstitutunun mütəxəssisi Yunqsu Çanın rəhbərliyi ilə tədqiqat qrupu yüngül

22/07/19
“Google” aşkar edilmiş boşluqlar üçün məbləği üç dəfə artırıb

“Google” korporasiyası “Chrome” və onun komponentlərində aşkar edilmiş boşluqlar üçün mükafatlandı

22/07/19
Alimlər yeriş zamanı smartfonları enerji ilə doldurmağı öyrəniblər

Alternativ enerji axtarışında olan alimlər bəzən maraqlı texnologiyalar düşünürlər. Çinli alimlər tərəfin

22/07/19
“Huawei” şirkəti “Android” sisteminin əvəzlənməsi ilə bağlı məsələyə aydınlıq gətirib

“Huawei” şirkəti gələcəkdə də “Google” mobil əməliyyat sistemindən istifadəni planlaşdırır, “Hongmeng”

21 07 2019