12px13px15px17px
Tarix:04/06/19

Kompüter və planşetlər bazarının həcmində azalma gözlənilir

“International Data Corporation” (IDC) tədqiqat şirkəti 2019-cu ildə fərdi kompüter, noutbuk, işçi stansiya və planşetlərin (o cümlədən hibridlərin) qlobal tədarükünün 392,5 milyon ədədə çataraq 2018-ci ilə nisbətdə 3 faiz azalacağını proqnozlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, analitiklərin gözləntisinə görə, yaxın illərdə kompüter qurğuları bazarının həcmində illik azalma 1,6 faiz olacaq və 2023-cü ildə 1,6 faiz təşkil edəcək.

 

Bazarın natural ifadədə azalmasına baxmayaraq pul ifadəsində azalma gözlənilmir: 2019-cu ildə mədaxil 237 milyard dollar təşkil etməklə 2018-ci ilin göstəricisi ilə müqayisədə dəyişməz qalacaq.

 

Bundan başqa, bazarda ticarət dövriyyəsinin artımına “Windows 7” əməliyyat sisteminin dəstəyinin dayandırılacağı ilə əlaqədar yeni kompüterlər almaqda davam edən korporativ seqment xidmət edir.

 

İstehlak seqmentində kompüter texnikasına tələbat isə azalır. Analitiklərin proqnozuna görə, 2019-cu ildə dünya fərdi kompüter və planşetlər bazarının həcmi 6 faiz azalacaq, yaxın 5 ildə isə tədarükdə illik azalma 2,7 faiz olacaq.

 

Ənənəvi noutbuk və planşetlər istehlak seqmentini sıxışdırmaqda davam edir. Bu isə istifadəçilərin hibrid modellərin də daxil olduğu daha nazik yeni form-faktorlara keçməsi ilə izah olunur.

 

Nizam Nuriyev





Baxış sayı: 200

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 İyun 2019

18/06/19
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının sessiyasında fəal iştirak edir

2018-ci ilin noyabrında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransında bu təşki

18/06/19
“Instagram” hesabların bərpası üçün yeni üsulu sınaqdan keçirir

“Instagram” sosial şəbəkəsinin proqramçıları hesabların bərpası üçün yeni üsulu sınaqdan keçirir

18/06/19
“WhatsApp” messencerində yeni fırıldaqçılıq növü aşkar edilib

“Eset” antivirus şirkəti “WhatsApp” messencerində yeni fırıldaqçılıq növü aşkar edib.

18/06/19
Alimlər: “İnternet beyində bərpa olunmaz dəyişikliklərə səbəb olur”

Beynəlxalq tədqiqatçılar qrupu internetin insan yaddaşına və onun sosial fəaliyyət qabiliyyətinə təsiri i

18/06/19
“Volvo” və “Uber” avtonom avtomobil təqdim edib

ABŞ-ın “Uber” taksi sifarişi xidməti və İsveçin “Volvo Cars” avtomobil istehsalçısı “Volvo 

18/06/19
Qanadları ən uzun təyyarə 400 milyon dollara satışa çıxarılıb

“Vulcan” holdinqi qanadlarının uzunluğuna görə dünyanın ən böyük “Stratolaunch” təyyarəsini 400 mily

18/06/19
“Intel” texnoloji startaplar üçün inkubator istifadəyə verib

ABŞ-ın “Intel” mikroprosessorlar istehsalçısı İsraildə avtonom sistem və süni intellekt texnologiyalarını

18/06/19
Bütün “iPhone” smartfonlarına müdaxilə edə bilən proqram hazırlanıb

İsrailin “Cellebrite” şirkəti “iOS 7”-dən “iOS 12.3”-dək əməliyyat sistemlərinin idarəetməsi altında işləyən

18/06/19
“Windows 10” sisteminin bazar payı 50%-ə yaxınlaşır

“NetMarketShare” servisinin məlumatına görə, 2019-cu ilin mayında dünyadakı fərdi kompüterlərin 45,73%-i

17 06 2019