12px13px15px17px
Tarix:07/06/19

İlk Transarktik telekommunikasiya xəttinin inşası üçün beynəlxalq konsorsium yaradılıb

Rusiyanın “MegaPhone” telekommunikasiya şirkəti və Finlandiyanın “Cinia Oy” infrastruktur operatoru Helsinki və Tokio arasında sürətli optik telekommunikasiya xəttinin tikintisi ilə məşğul olacaq beynəlxalq konsorsiumun yaradılması haqqında saziş imzalayıblar. Söhbət Şimal Buzlu okeanın dibindən keçəcək yüksəksürətli kabel xəttindən gedir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, ölkələri və bütöv qitələri birləşdirən sualtı rabitə xətləri ötürülən məlumatların tutumunda lider olaraq qalır. Onların dünya trafikində payı 95 faizi üstələyir.

 

Proqnozlara görə, yaxın beş ildə Avropa və Asiya arasında trafikin həcmi 200 faiz artacaq. Artıma səbəb isə beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) və “Əşyalar interneti”nin inkişafı, eləcə də dünyada data mərkəzləri arasında bağlantının ümumi artımı olacaq.

 

Proqnozları nəzərə alaraq yaxın illərdə Avropa İttifaqı, Rusiya, Yaponiya və ABŞ-ı Kanada ilə birləşdirəcək yeni sualtı magistral optik xəttə kəskin tələbat artacaq.

 

“MegaPhone” və “Cinia Oy” tərəfindən yaradılan konsorsium məhz belə xəttin tikintisi ilə məşğul olacaq.

 

Layihəyə Yaponiya və Skandinaviya şirkətləri, eləcə də beynəlxalq maliyyə bazarının iri oyunçuları tərəfindən böyük maraq var.

 

Rekord zəif yubanma ilə işləyəcək ilk Transarktik telekommunikasiya xəttinin uzunluğu 10 min km təşkil edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 638

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024