12px13px15px17px
Tarix:08/06/19

2020-ci ildə “IPv4” protokolunda boş ünvanların sayı tükənəcək

İyunun 3-4-də Tbilisidə keçirilən “ENOG 16” konfransında ekspertlər “IPv6” internet protokolundan istifadəyə keçmək təklifi ilə çıxış ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Regnum” resursuna istinadən yazır ki, “RIPE NCC” şirkətinin nümayəndəsi Maksim Burtikovun sözlərinə görə, bu gün “IPv6” protokolunun qlobal şəbəkədə payı 28,59 faiz təşkil edir. ABŞ və Hindistanda bu göstərici 36 faizdən çox, Braziliya və Belçikada isə 54 faizə bərabərdir.

 

Şirkətin idarəedici direktoru Aksel Paulik konfrans iştirakçılarının diqqətini 2019-cu ildə və ya 2020-ci ilin əvvəlində “IPv4” protokolunda boş ünvanların sayının tükənəcəyinə yönəldib.

 

Xatırladaq ki, dördüncü internet protokolu versiyası olan “IPv4” ilk dəfə 1981-ci ildə “RFC 791” sənədində təsvir edilib. “IPv4” ilə bağlı problemləri aradan qaldıracaq “IPv6” protokolu isə 1996-cı ildə yaradılıb.

 

Nizam Nuriyev





Baxış sayı: 621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 İyun 2019

27/06/19
“Instagram” laykları gizlətməyi planlaşdırır

“Instagram” sosial şəbəkəsinin direktoru Adam Mosseri deyib ki, onlar laykların sayını gizlətmək üsulunu

27/06/19
“iPhone” smartfonları üçün blokçeyn brauzeri rəsmən istifadəyə verilib

“Opera Software” şirkəti “iPhone” smartfonları üçün “Opera Touch” mobil brauzerinin yeni ve

27/06/19
Yeni texnologiya mobil şəbəkələrə qoşulmadan zənglər etməyə imkan verəcək

Çinin “Oppo” smartfon istehsalçısı internet, mobil rabitə və “Bluetooth” şəbəkələrinə qoşulmadan zəng

27/06/19
“Huawei” şirkəti “5G” sahəsində tədqiqat və işləmələrə 40 milyard dollar investisiya qoyub

Çinin “Huawei” şirkəti son on ildə beşinci nəsil mobil rabitə şəbəkələri (5G) sahəsində tədqiqat və işləm

27/06/19
Şəkildən insanları silə bilən proqram təqdim olunub

“iPhone” sahibləri üçün əlçatan olan “Bye Bye Camera” adlı mobil proqram şəkildən insanları silm

27/06/19
“Google” 800 milyon istifadəçini itirə bilər

“Huawei” şirkətinin qurucusu və faktiki direktoru Ren Çjenfey “CNBC” televiziya kanalına müsahibəsində deyib

26 06 2019