12px13px15px17px
Tarix:10/06/19

Kompüter alqoritmi kino ulduzlarının gələcək uğurunu proqnozlaşdıracaq

Londonun Kraliça Mariya Universitetinin alimlər qrupu bu və ya digər kino ulduzlarının gələcək uğurunu proqnozlaşdıran xüsusi alqoritm yaradıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, kompüterin aktrisa və aktyorlarla bağlı nəticələr çıxara bilməsi üçün tədqiqatçılar tərəfindən neyroşəbəkəyə kino sənayesinin 2,5 milyon işçisinin profili yüklənilib. Alqoritm məhz onun əsasında kino ulduzlarının uğurunun analizini aparıb.

 

Bundan başqa, kompüter kino ulduzlarının fəaliyyəti haqqında bir sıra maraqlı faktlar aşkarlayıb. Məsələn, onlardan biri aktyorların yeni layihə axtarışında olduğu məqama aiddir.

 

Məlum olub ki, həyatın bu anlarını aktrisalar kişi həmkarlarından daha çətin keçirirlər. Kişilər uzunmüddətli fəaliyyətsizlikdən tez özünə gələrək işi davam etdirdikləri halda kino sənayesinin qadın nümayəndələri ideal rol axtarışını davam etdirərək çoxlu vaxt itirirlər.

 

Bundan əlavə, alqoritm aktyor və aktrisalar üçün “qızıl illər”in fərqli olmasını müəyyənləşdirib. Kişilərdə bu müddət daha gec başlayır. Qadınlar isə gənc yaşlarında daha çox rol təklifləri alırlar.

 

Nizam Nuriyev





Baxış sayı: 40

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Sentyabr 2019

22 09 2019