12px13px15px17px
Tarix:12/06/19

BMT: “Dünya əhalisinin yarısından çoxu internetə çıxış imkanından məhrumdur”

Son 10 ildə dünyada internet istifadəçilərinin sayı 3 dəfədən çox artıb – 2018-ci ildə planet əhalisinin 45,3 faizi internetə çıxış imkanına malik olub. Lakin əksər insanlar üçün internet hələ də bahalı və əlçatmaz xidmət olaraq qalır. Bu barədə BMT-nin rəqəmli əməkdaşlıq üzrə Yüksək Səviyyəli Qrupunun yeni hesabatında deyilir.  

"ICTnews" Elektron Xəbər Xidməti "UN" resursuna istinadən yazır ki, BMT-nin mənzil-qərargahında baş katib Antoniu Quterriş, qrup həmsədrləri Melinda Qeyts və Cek Manın iştirakı ilə rəqəmli texnologiyalar və bu sahədə beynəlxalq əməkdaşlığa həsr edilən yüksək səviyyəli müzakirələr aparılıb.   

"Səmərəli beynəlxalq əməkdaşlıq bu gün mövcud maneələrə baxmayaraq çoxtərəfli yanaşma tələb edir. Bundan başqa, çoxlu hökumət oyunçuları ilə yanaşı, vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektorun nümayəndələrinin iştirakı lazımdır", – hesabatda qeyd olunur.

Hesabat müəllifləri xatırladır ki, texnologiyalar Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində mühüm rol oynayır, lakin əhalinin əksəriyyəti inkişafdan kənarda qalacağı təqdirdə iqtisadi və sosial irəliləyişə nail olmaq mümkün olmayacaq. Ekspertlər qeyd edir ki, rəqəmli texnologiyalardan istifadə imkanına bütün cəmiyyət üzvləri malik olmalıdır və texnologiyalar cəmiyyətin ayrı-ayrı nümayəndələrinin deyil, bütünlüklə onun mənafeyinə xidmət etməlidir.

Bildirilir ki, beynəlxalq ictimaiyyət hələ ki belə nəticələrə nail ola bilməyib. Məsələn, məlumatların toplanılması kimi vacib sahədə çoxlu problemlər mövcuddur. Hesabata görə, 5 yaşadək uşaqların yalnız 73 faizi doğum haqqında şəhadətnaməyə malikdir. Bu isə o deməkdir ki, məlumatlar bazasında dünyada yeni doğulmuş körpələrin 17 faizi haqqında informasiya yerləşdirilməyib. 2014-cü ildə planetdə ölüm hallarının ümumi sayının 2/3 hissəsi isə qeydə alınmayıb. Bundan əlavə, yalnız 11 Afrika ölkəsi yoxsulluq səviyyəsinə görə elektron məlumatlara malikdir.

Rəqəmli əməkdaşlıq üzrə Yüksək Səviyyəli Qrupun hesabatında texnologiyaların gələcək inkişafı və onların Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində rolu ilə bağlı bir sıra tövsiyələr təqdim olunub:
  • 2030-cu ilədək planetin hər yaşlı sakini rəqəmli şəbəkələrə, eləcə də internetdə maliyyə və tibbi xidmətlərə çıxış imkanına malik olmalıdır;
  •  
  • Beynəlxalq ictimaiyyət rəqəmli sahədə, o cümlədən sosial şəbəkələrdə insan hüquqları sahəsində beynəlxalq hüquqa əməl edilməsinə nail olmalıdır;
  •  
  • BMT baş katibi effektiv qlobal rəqəmli əməkdaşlıq mexanizmlərinin yaradılması üzrə açıq məşvərətçi proses təşəbbüsü ilə çıxış etməlidir.
Nizam Nuriyev





Baxış sayı: 364

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 İyun 2019

18/06/19
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının sessiyasında fəal iştirak edir

2018-ci ilin noyabrında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransında bu təşki

18/06/19
“Instagram” hesabların bərpası üçün yeni üsulu sınaqdan keçirir

“Instagram” sosial şəbəkəsinin proqramçıları hesabların bərpası üçün yeni üsulu sınaqdan keçirir

18/06/19
“WhatsApp” messencerində yeni fırıldaqçılıq növü aşkar edilib

“Eset” antivirus şirkəti “WhatsApp” messencerində yeni fırıldaqçılıq növü aşkar edib.

18/06/19
Alimlər: “İnternet beyində bərpa olunmaz dəyişikliklərə səbəb olur”

Beynəlxalq tədqiqatçılar qrupu internetin insan yaddaşına və onun sosial fəaliyyət qabiliyyətinə təsiri i

18/06/19
“Volvo” və “Uber” avtonom avtomobil təqdim edib

ABŞ-ın “Uber” taksi sifarişi xidməti və İsveçin “Volvo Cars” avtomobil istehsalçısı “Volvo 

18/06/19
Qanadları ən uzun təyyarə 400 milyon dollara satışa çıxarılıb

“Vulcan” holdinqi qanadlarının uzunluğuna görə dünyanın ən böyük “Stratolaunch” təyyarəsini 400 mily

18/06/19
“Intel” texnoloji startaplar üçün inkubator istifadəyə verib

ABŞ-ın “Intel” mikroprosessorlar istehsalçısı İsraildə avtonom sistem və süni intellekt texnologiyalarını

18/06/19
Bütün “iPhone” smartfonlarına müdaxilə edə bilən proqram hazırlanıb

İsrailin “Cellebrite” şirkəti “iOS 7”-dən “iOS 12.3”-dək əməliyyat sistemlərinin idarəetməsi altında işləyən

18/06/19
“Windows 10” sisteminin bazar payı 50%-ə yaxınlaşır

“NetMarketShare” servisinin məlumatına görə, 2019-cu ilin mayında dünyadakı fərdi kompüterlərin 45,73%-i

17 06 2019